İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Sosial şəbəkələr elektron poçtdan güclü çıxdı

10.03.2009 [14:51]

Fontu böyüt:      

Araşdırmaçıların gəldikləri nəticəyə görə internet istifadəçilərinin 66.8 faizi sosial şəbəkə və bloqlardan istifadə edir.
Sosial şəbəkələr və bloq sistemləri internet istifadəçiləri arasında elektron poçta nisbətən daha çox populyarlaşmaqdadır.

Bu barədə BBC News- Nielsen kompaniyasına istinadən xəbər verir. Araşdırmaçıların gəldikləri nəticəyə görə internet istifadəçilərinin 66.8 faizi sosial şəbəkə və bloqlardan istifadə edir. Elektron poçt istifadəçilərinin payı isə 65.1 faiz təşkil edir. Ən geniş yayılan onlayn servis kimi axtarış sistemləri göstərilib. Axtarış sistemlərindən internet istifadəçilərinin 85.9 faizi istifadə edir.

Qeyd olunur ki, sosial şəbəkələr daha çox yuxarı yaşlı istifadəçiləri cəlb edir. Belə ki, Facebook istifadəçilərinin dörddə biri yaşı 50-dən yuxarı olan şəxslərdir. Ən məşhur sosial şəbəkə Facebook`dur. Ay ərzində on internet istifadəçisindən üçü bu şəbəkəyə daxil olur. Böyük Britaniyada istifadəçilərin demək olar ki 50 faizi bu şəbəkənin üzvüdür.

Nielsen həmçinin mobil internetdən istifadə edənlərin sayının da günü-gündən çoxaldığını bildirir. Məsələn, Britaniyada il ərzində mobil internet istifadəçilərinin sayı 249 faiz artıb. ABŞ-da isə bu göstərici 156 faiz təşkil edir.

xeberler.az/Anar
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar