Fontu böyüt:
“Experian” şirkəti analitiklərinin
proqnozuna görə, 2015-ci ildə ödəniş kartları üzrə məlumat sızması ilə bağlı
cinayətlərin yeni dalğası olacaq.
Məsələn, 2015-ci ilin oktyabrında
ABŞ-ın “EMV” çip kartları standartına keçməsi ilə əlaqədar vaxtın yaxınlaşmasına
görə kibercinayətkarlar ənənəvi maqnit zolaqlı kartlara müdaxilələri aktivləşdiriblər.
Bu barədə Milli Kredit İttifaqı Assosiasiyasının məlumatında deyilir. Cinayətkarlar
ödəniş informasiyasını POS-terminaldan ötürülən zaman ələ keçirməyə imkan verən
yeni boşluqları fəal axtaracaqlar.
2015-ci ildə fırıldaqçıların hədəfi
isə “bulud” texnologiyalarında saxlanılan ödəniş informasiyası, o cümlədən uçot
qeydləri, parol və digər fərdi məlumatlar olacaq. Son vaxtlar sürətli artım
nümayiş etdirən daşınan elektronika qurğuları bazarında da müdaxilə hallarının
artması gözlənilir.
Proqnoza görə, növbəti ildə
istifadəçi informasiyasına geniş müdaxilələrə görə daha çox müəssisə rəhbərləri
məsuliyyət daşıyacaq. Həmçinin şirkətlərin təhlükəsizliyi üçün ən böyük təhdid əməkdaşların
həm zərərli proqramlar, həm də insan amili ilə əlaqədar səhvləri olaraq
qalacaq.
Mənbə: mincom.gov.az