İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Dünyada ilk dəfə olaraq 4G mobil rabitə xidmətləri istifadəyə verilib

15.12.2009 [14:25]

Fontu böyüt:      

“TeliaSonera” şirkəti dünyada ilk dəfə olaraq 4G mobil rabitə xidmətlərini abonentlərin istifadəsinə verib. İlk olaraq Stokholm və Oslodakı abonentlər bu xidmətdən yararlana biləcəklər.

Azərbaycanda 3G texnologiyası ilə bağlı söz-söhbətin ardı-arası kəsilməmiş, “TeliaSonera” şirkəti dünyada ilk dəfə olaraq  4G mobil rabitə xidmətlərini abonentlərin istifadəsinə verib. İlk olaraq Stokholm və Oslodakı abonentlər bu xidmətdən yararlana biləcəklər.

“Biz abonentlərinə 4G xidmətləri göstərən ilk operator olduğumuza görə fəxr edirik. Geniş zolaqlı mobil qoşulmadan istifadə bu ölkələrdə sürətlə inkişaf edir və abonentlər getdikcə daha yüksək sürət və ötürmə imkanına ehtiyac duyurlar. Elə məhz buna görə, biz 4G xidmətlərini həm Stokholm həm də Osloda təqdim edirik”, deyə, “TeliaSonera”nın  mobil xidmətlər bölməsinin rəhbəri Kennet Karlberq bildirib. 

Kennet Karlberq əlavə edib ki, 4G-ni ilk olaraq təqdim etməklə şirkət digər bazarlarda da bu texnologiyanı tətbiq etməyə unikal təcrübə qazandırır.

Qeyd edək ki,  4G ən sürətli mobil rabitə texnologiyası olmaqla hazırda sürətli hesab olunan 3G texnologiyasından on dəfəyə qədər daha sürətlidir. Bu yeni texnologiyanın  əlavə imkanları  abonentlərin yüksək sürətli və iri həcmli məlumat ötürülməsini tələb edən veb-konfrans, onlayn oyunlar və ya veb-TV kimi internet üzərindən göstərilən xidmətlərdən faydalanmasını asanlaşdıracaq.  “TeliaSonera”nın iki şəhər üzrə 4G şəbəkəsi Stokholm və Oslonun mərkəzi hissələrini əhatə edir və mobil məlumat ötürmə üçün istifadə olunur.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar