Fontu böyüt:
Acer şirkəti Ferrari-yə həsr olunmuş brend məhsullarının buraxılışını davam edir. Bu dəfə söhbət məhdud sayla buraxılacaq 22 düymlük LCD F-22bid displeylərindən gedir.
Yeni məhsul 1680 x 1050 pikselə malikdir, cavab müddəti 2 ms, kontrast səviyyəsi 20000:1, əlvanlıq 300kd/m2-dir. Bunlarla yanaşı qurğuda kontrastı idarə edən adaptiv sistem (ACM) istifadə olunur. F-22bid modelinin D-Sub, DVI və HDMI portları da var.
Qiyməti 377 dollardır.