İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Dövlət Fondu ikinci qrant müsabiqəsi elan etdi

14.10.2014 [19:38]

Fontu böyüt:      

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti toplantısı keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İkinci qrant müsabiqəsinin
 
ELANI

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması (tətbiq sahələri: e-ticarət, e-xidmətlər, mobil həllər, istehsal yönümlü yeni məhsullar və texnologiyalar, xidmətlər) mövzusu üzrə qrant müsabiqəsi elan edir:
 
Müsabiqədə iştirak:
 
Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.
 
Müsabiqəyə təqdim olunan layihələrə dair tələblər:
 
1.Hər bir layihə Fond tərəfindən müəyyən edilmiş mövzuya uyğun olmalıdır.

2. Layihə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 saylı Fərmanı ilə təsdiq edilmiş"Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları"na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş "Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları"na uyğun tərtib olunmalıdır.
 
3. Hər bir layihə məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil olunmalıdır.

4. Layihə rəhbəri müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak edə bilər.
 
Layihələrin təqdim edilməsi:

Layihələr yalnız Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn təqdim edilə bilər.
 
Qiymətləndirmə meyarları:

1. Layihənin məqsəd və vəzifəsinin aydınlığı.

2. Layihənin ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə. 

3. Layihənin kommersiyalaşdırılma potensialı. 

4. Layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması. 

5. Layihənin innovasiya yönümlü olması və aktuallığı.

6. Layihəyə yerli və xarici investorların cəlb olunması ehtimalı. 

7. Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) İKT layihələrində uğurlu iştirakı. 

8. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması. 

9. Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi. 

10. Layihənin gələcəkdə ölkə üçün sosial-iqtisadi əhəmiyyəti. 

11. Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü. 

12. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin

qiymətləndirilməsi. 

Müsabiqənin müddəti: 
Layihələrin qəbulu 15 oktyabr 2014-cü il tarixdən başlayır və 15 noyabr 2014-cü il tarixdə başa çatır. Layihələrin qəbulu üçün son tarix: 15 noyabr 2014-cü il, saat 18:00.
 
Müsabiqə qaydaları ilə bağlı əlavə məlumat Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmişdir.
 
Əlaqə:

Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 4
 
Telefon: (+99412) 5383787
 
Faks: (+99412) 5383789
 
Elektron poçt: [email protected]
 
Rəsmi internet səhifəsi: www.ictfund.gov.az   

Mənbə: ictnews.az


Oxunub: 0 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar