Fontu böyüt:
Hazırda elektron hökumət portalına 46 mərkəzi icra hakimiyyəti orqanı qoşulub.
Bu haqda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açıqlama verib.
Nazir müavini deyib ki, növbəti mərhələdə isə yerli icra hakimiyyəti orqanlarının qoşulması gözlənilir: “Yerli icra hakimiyyəti orqanlarının bu portala inteqrasiya olunmasına elektron hökumətin inkişafında növbəti mərhələ kimi baxılır”.
E. Vəlizadə hazırda bu istiqamətdə hazırlıq işlərinin aparıldığını bildirib. (APA)