Fontu böyüt:
“SimSim”in 10 illik yubileyi münasibətilə “Azercell” növbəti kampaniya keçirib. “SimSim 10 il – Ailəmizin bayramı!” adlanan bu kampaniya çərçivəsində “Azercell”in yeni abonentləri çox qiymətli hədiyyələr qazanıblar.
Noyabr ayının 1-dən dekabrın 19-dək ”Azercell” şəbəkəsinə qoşulan yeni Azercell Fakturasız Xətt (“SimSim”) abonentlərinin hamısı “SimSim 10 il – Ailəmizin bayramı!” kampaniyasının iştirakçısı olub.
“SimSim”in ad günündə - dekabrın 20-də həmin nömrələr arasında keçirilən lotereya nəticəsində qaliblərin adları bəlli olub. Tiraj zamanı münsiflər heyətinin tərkibində Azərbaycan cəmiyyətində tanınmış olan şəxslər - rəssam Eyvaz Vəliyev, həkim Nəzakət Mollayeva, dosent Mahmud Axundov, jurnalist Səbinə Babayeva və teleaparıcı İlhamiyyə Rzayeva təmsil olunublar.
Kampaniyada iştirak edən 050-3722395 nömrəsinin sahibi Bakı şəhərində yeni iki otaqlı mənzilin sahibi olub. Aşağıdakı nömrələrin hər birinin sahibləri isə 1,000,000 kontur qazanıblar:
1. 050-6361981
2. 050-6468416
3. 050-5249020
4. 050-4741229
5. 050-6444271
6. 050-3498947
7. 050-3522513
8. 050-4182493
9. 050-6818872
10. 050-4331787
“SimSim 10 il – Ailəmizin bayramı!” kampaniyasında qalib gəlmiş abonentlərə hədiyyələr bu yaxınlarda “Azercell Telekom” MMC-nin baş ofisində keçiriləcək mərasimdə təqdim ediləcək.
xeberler.az/Ellada