21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Multimedia Mərkəzi tərəfindən İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması ilə bağlı Təkliflər hazırlanaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilib.
Təkliflər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “İnformasiya azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması” Layihəsi çərçivəsində hazırlanıb.
Ötən ilin sonunda dövlət, özəl və ictimai sektorun nümayəndələrinin iştirakı ilə “İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda keçirilən Dəyirmi Masada səslənən fikirlər də Təkliflərdə öz əksini tapıb.
Təkliflərdə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun qarşıya qoyduğu məqsədlərin həya keçirilməsində mühüm amillərdən biri olan İctimai İnformasiya Mərkəzlərinin yaradılmasının hüquqi, təşkilati və informasiya təminatı ilə bağlı əsasları qeyd olunub.
Adı çəkilən Layihə çərçivəsində həmçinin Elektron hökumət quruculuğunda əsas istiqamətlərdən biri olan dövlət qurumları tərəfindən elektron formada təqdim olunan xidmətlərin Monitorinqi aparılıb. Monitorinqin nəticələri və Layihə haqqında geniş məlumat www.informasiya.org saytında yerləşdirilib.