Fontu böyüt:
2010-cu il sentyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1832 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 215 ədəd çoxdur. Cari ilin sentyabrın 1-nə bankomatların 1025-i Bakı şəhərində, 807-si isə digər şəhər və rayonlarda yerləşir. Bu barədə məlumat Mərkəzi Bankın mətbuat xidmətindən verilib.
Qeyd olunan dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8792 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 311 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 7994-ü Bakı şəhərində, 798-i isə digər regionlarda yerləşir.
2010-cu ilin sentyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartların sayı keçən ilin müvafiq dövrünə 7,4% artaraq 4053 min ədədə çatıb. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3510 min ədəd olub. Onlardan 94,2%-i debet kartlarının payına düşür.