Fontu böyüt:
Nokia Smart Spacer Lab kompaniyası videokonfranslar aparmaq üçün ev telefon robotu Jeppe-nin prototipini yaradıb. Qurğu ağ rəngli gülümsəyən insan başı formasındadır. Nokia N810 internet-planşetin köməyi ilə, bluetooth-la idarə olunur. Bundan başqa, Jeppe-də Lego NXT robotunun bloku da işə salınıb. Belə nəticəyə gəlmək olar ki, yeni robotda heçbir gizli işləyən qurğu quraşdırılmayıb – o, seriyalarla istehsal olunan məhsuldur.