Fontu böyüt:
Bu gün 15.00-da KörpüKamp layihəsinin rəsmi açılışı oldu. Tədbiri “Barcamp Caspian 2009”un təşkilatçılarından biri olan İlqar Mirzə açıq elan etdi. Təqdimatlar paralel olaraq 3 zalda keçirilirdi. Təqdimat mövzularının bəzilərini və təqdim edənləri nəzərinizə çatdırırıq:
İnternetdə qazanc.Mif yoxsa reallıq - Toğrul Məmmədov, Webmanat;
Milli Məclis.Websayt və gələcəyi – Samir Yəhyazadə, azeroo.com;
Yeni media, ənənəvi mediaya qarşı, kim 1-ci öləcək – Emin Hüseynzadə, Transitions online;
“Körpünün körpüsü” – Aytən Məmmədova, TOL, Transitions Online;
Super layihə, Avropaya bir addım. Layihələr və onlarda şəbəkələşmənin rolu – Bəhruz Fikrətoğlu, AEGEE, Bakı;
RadioNext Yeni nəsil Media – Murad Qasımov, SWA Azerbaijan + Hədiyyə;
PR İMC-nin bir hissəsi kimi – Rita Vəliyeva ;
Təqdimatlar saat 18.00-a kimi davam etdi. Hal-hazırda tədbirin qeyri rəsmi party hissəsi davam etməkdədir.
Xatırladaq ki, KörpüKamp layihəsi BarKamp Azərbaycan təşkilatı tərəfindən Soros fondunun dəstəyi ilə həyata keçirilir. Konfrans haqda ətraflı məlumatı http://www.korpukamp.org saytından əldə edə bilərsiz.