21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Media Hüququ İnstitutu (MHİ) ictimaiyyətə açıq tutulmalı olan məlumatları qapalı saxladığına görə Radiotezliklər üzrə Dövlət Komissiyasını, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsini və Milli Televiziya və Radio Şurasını məhkəməyə verib. Səbail Məhkəməsi şikayəti təmin edərsə adıçəkilən qurumlar Azərbaycanın tezlik resursları barədə məlumatları ictimaiyyətə açıqlamalı olacaqlar.
Media Hüququ İnstitutunun əməkdaşları oktyabrın əvvəlində Radiotezliklər üzrə Dövlət Komissiyasından və RİTN-in Dövlət Radiotezliklər İdarəsindən Azərbaycanın radiotezlik zolaqlarının bölüşdürülməsi üzrə Milli Cədvəlin surətini, Azərbaycanda teleradio yayımı məqsədilə ayrılmış tezliklərin siyahısını istəyib. Milli Televiziya və Radio Şurasından isə teleradio yayımı məqsədilə ayrılmış, istifadəyə verilmiş, eləcə də hazırda boş olan tezliklərin siyahısı, habelə Azərbaycanda fəaliyyət göstərən teleradio kanalları monitorinq edilən zaman istifadə olunan metodologiyanı əks etdirən sənədlərin surəti, monitorinqlərin keçirilməsini nəzərdə tutan, tənzimləyən qurumdaxili normativ aktların surətləri istənilib.
RİTN-in Dövlət Radiotezliklər İdarəsi informasiya sorğularını cavablandırmayıb. Radiotezliklər üzrə Dövlət Komissiyası və Milli Teleradio Şurası isə bilgiləri verməkdən imtina ediblər.
MHİ Səbail Məhkəməsindən dövlət qurumlarının informasiya sorğusunu cavablandırmamasını qanunsuz sayan, həmin qurumların üzərinə sorğuları cavablandırmaq vəzifəsi qoyan qətnamə qəbul etməsini xahiş edib.