İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron Hökumətin inkişafı haqqında Dövlət proqramının Layihəsi müzakirə olundu

12.07.2013 [17:37]

Fontu böyüt:      

Bu gün Elektron hökumətin inkişafına dair Dövlət Proqramı layihəsinin ictimai müzakirəsi keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, İKT sahəsində aparıcı ictimai təşkilatların və digər qurumların nümayəndələri iştirak ediblər.
Cari ilin iyunun 12-də Azərbaycan Respublikası Prezidentinin "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" 2013-cü il 5 fevral tarixli Fərmanına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" layihəsinin ictimai müzakirəsi keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, İKT sahəsində aparıcı ictimai təşkilatların və digər qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Ülvi Mehdiyev ölkədə "elektron hökumət"in formalaşdırılması və elektron xidmətlərin təşkili istiqamətində əldə olunmuş nailiyyətləri qeyd edərək, bu sahədə qarşıya qoyulmuş prioritetlərə çatmaq üçün hazırlanan yeni Dövlət Proqramının məqsəd və hədəfləri barədə məlumat veriblər.

Daha sonra nazirliyin və Dövlət Agentliyinin məsul əməkdaşları Dövlət Proqramı layihəsinə dair təqdimatla çıxış edərək, proqramdan irəli gələn vəzifələri, əsas fəaliyyət istiqamətlərini və onların həyata keçirilməsindən gözlənilən nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Tədbirdə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın koordinatoru Osman Gündüz Dövlət Proqramına ictimai baxış mövzusunda çıxış edib.

Sonda Dövlət Proqramı tədbir iştirakçıları tərəfindən geniş müzakirə olunmuş və səslənən təkliflərin rəsmi şəkildə nazirliyə və Dövlət Agentliyinə təqdim edilməsi, onların qiymətləndirilməsi və nəzərə alınması barədə qərar qəbul edilib.   (ictnews.az)
  Fotolar : https://www.facebook.com/media/set/?set=a.626347054049828.1073741828.568121306539070&type=1
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar