Fontu böyüt:
Rusiyanın mobil rabitə operatoru MTS Azərbaycan və Qazaxıstanda aktivlərin alınması məsələsini müzakirə edir. Bunu, MTS-in baş icraçı direktoru Mixail Şamolin bildirib.“Bizim biznes aparmadığımız iki ölkə var ki, bu Qazaxıstan və Azərbaycandır.
Mən hesab edirəm ki, şirkətimizin bu ölkələrdə olması vacibdir”, - deyə M. Şamolin Reuters telekanalına müsahibəsində bildirib.MTS-in MDB ölkələri arasında mobil rabitə bazarının həcminə görə Rusiyadan sonra ikinci olan Ukraynada, bundan əlavə Ermənistan, Belarus, Türkmənistan və Özbəkistanda aktivləri var.
Baş icraçı direktorun sözlərinə görə, Azərbaycan və Qazaxıstanın mobil rabitə bazarlarında artıq yüksək səviyyəli rəqabət olduğundan, MTS burada yeni operatorun istifadəyə verilməsini səmərəli hesab etmir. “Biz həmin bazarda müəyyən aktivlər əldə etməyi planlaşdırırıq və bunun üçün əlverişli zamanın gəlməsini gözləyirik.
Hələlik isə, şirkətimiz tərəfindən bu istiqamətdə müxtəlif imkanlara baxılır”, - deyə MTS rəsmisi bildirib.O əlavə edib ki, MTS hələ ki, Azərbaycan və Qazaxıstan operatorları ilə heç bir konkret danışıqlar aparmır.