21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün “Online Media” təlimləri başladı. Jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
dəstəyi və Nar Mobile-ın Baş sponsorluğu ilə Multimedia Mərkəzinin həyata keçirdiyi "Online Media" təlimində 36 jurnalist iştirak etdi.
Təlimi açan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, təlimin məqsədi İnformasiya və Komunikasiya Texnologiyaları (İKT) sahəsində ixtisaslaşmış, ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdir.
Təlimin birinci günü Azərbaycan İnternet Forumunun nümayəndəsi Şaiq
Muradov sosial media və web 2.0 texnologiyaları,
sosial media alətlərindən effektiv istifadə, Media qurumlarının konvergensiyası, internetdə
və sosial mediada reklam məsələləri haqqında jurnalistləri məlumatlandırdı.
İlk günün ikinci təlimi isə “Sosial mediada
etika məsələləri” idi. Tanınmış
jurnalist Seymur Kazımov Amerika modulu əsasında sosial mediada jurnalistin peşə
etikası məsələləri haqqında təcrübəni jurnalistlərlə bölüşdü.
Təlimin fotolarına aşağıdakı linkə daxil
olaraq baxa bilərsiniz:
https://www.facebook.com/media/set/?set=a.309223652550518.1073741833.159001754239376&type=1
Qeyd edək ki, bir həftə müddətində
davam edəcək təlimləri İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər
və ekspertlər aparacaq. Təlimlərdə
müxtəlif media orqanlarında çalışan jurnalistlər, ali məktəblərdə
Jurnalist ixtisası üzrə təhsil alan tələbələr – gənc Jurnalistlər iştirak edirlər . Təlimləri uğurla başa vuranlara sonda sertifikatlar
veriləcək.
Ülkər Eldarqızı