Fontu böyüt:
Bu gün M. F. Axundov adına Milli Kitabxanada elmi dissertasiya və avtoreferatların elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
Ümumiyyətlə bazaya 7842 elmi iş daxil edilib, onlardan 4449-u Azərbaycan, 3393-ü isə rus dilindədir. Dissertasiyalar 1994-ci ildən bu günə kimi Azərbaycanda müdafiə olunmuşdur.
Bazaya yalnız kitabxananın lokal şəbəkəsi vasitəsilə daxil olmaq mümkündür. Lakin Milli Kitabxananın internet saytına daxil olmaqla elektron məlumat bazasında yerləşdirilmiş bütün dissertasiya və avtoreferatların kataloqu ilə tanış olmaq mümkündür.
Elm xadimlərinin müəllif hüquqlarının qorunması məqsədilə yeni resursda yerləşdirilmiş informasiyanı köçürtmək olmaz.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, bu yeniliyin sayəsində hər bir Azərbaycan vətəndaşı elmi materiallara çıxış əldə edəcək. “Bundan əlavə dünya ictimaiyyəti də bizim elmi potensialımız və ölkədə aparılan tədqiqatlar barədə məlumat ala biləcək”, - deyə nazir əlavə edib.