Fontu böyüt:
Koreya hökuməti Beynəlxalq İnformasiya Texnologiyaları Siyasəti sahəsində magistr və ya doktor dərəcələri üçün təhsil proqramı barədə elan edib.Proqramda iştirak etmək istəyən namizədlər dövlət işçisi və ya dövlət institutunda İT ilə əlaqədar sahədə tədqiqatçı olmalıdırlar.
Namizədlərin İT sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi olmalıdır. Bundan əlavə namizədlərdən ingilis dili biliklərini təsdiqlədən TOEFL (İBT 77/CBT 210) sertifikatı və ya onun ekvivalenti tələb olunur.
Proqram Seul Milli Universitetində təşkil olunacaq. Kursda iştirak etmək üçün son müraciət tarixi 2009-cu ilin iyul ayının 20-dir.
Hər hansı əlavə məlumat almaq üçün isə 598-07-36 (əlaqələndirici şəxs – Gülnarə Hüseynova) telefonla əlaqə saxlamaq olar.