21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Bakıda Regional Rabitə Birliyinin İnformasiyalaşdırma üzrə Komissiyasının 22-ci iclasına start verilir. Tədbirə RRB-nin rabitə administrasiyalarının, eləcə də “elektron” strategiya və İKT-nin inkişaf proqramlarının həyata keçirilməsində iştirak edən aidiyyəti təşkilat və idarələrin nümayəndələri qatılıb.
İclas çərçivəsində iştirakçılar RRB-yə üzv ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının və informasiya cəmiyyətinin inkişafı üzrə milli strategiya, proqram və layihələrin icrasının gedişatı ilə tanış olacaq və “elektron hökumət” sistemləri çərçivəsində İKT-yə əsaslanan dövlət xidmətlərinin təqdim olunması istiqamətində təcrübə mübadiləsi aparacaqlar.
Komissiyanın iclasında İKT-nin perspektiv istiqamətləri, eləcə də MDB-yə üzv ölkələrin informasiyalaşdırma üzrə əməkdaşlıq Strategiyası çərçivəsində icra olunan layihələrin praktiki nəticələri müzakirə olunacaq.
Bundan əlavə RRB-nin internetdə kiril əlifbasının tətbiqinə dair koordinasiya işləri üzrə Məsləhətçi qrupunun fəaliyyəti, eləcə də “MDB məkanını birləşdirək” yüksək səviyyədə Görüşün nəticələrinə baxılacaq.
Tədbir iştirakçılarına RRB-nin İnformasiyalaşdırma üzrə Komissiyasının fəaliyyətinin nəticələri, həmçinin Komissiyanın gələcəyə dair plan və perspektivləri haqqında məlumat təqdim olunacaq.