İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Dövlət Sosial Müdafiə Fondu ölkənin ən çox istifadə olunan elektron xidmətlər siyahısında öncül mövqedə qalmaqda davam edir.

19.06.2014 [10:14]

Fontu böyüt:      

“Elektron hökumət” portalının statistikasına əsasən, telefon nömrəsi ilə axtarış xidmətindən sonra ən çox istifadəçi sayına malik növbəti ardıcıl gələn altı xidmət məhz Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi elektron xidmətlərə aiddir.
“Elektron hökumət” portalının statistikasına əsasən, telefon nömrəsi ilə axtarış xidmətindən sonra ən çox istifadəçi sayına malik növbəti ardıcıl gələn altı xidmət məhz Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi elektron xidmətlərə aiddir.
Bu barədə AzərTAc-a DSMF-nin sədri Elman Mehdiyev məlumat vermişdir.
E.Mehdiyev Prezident İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, “Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya və kommunikasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir.
E.Mehdiyev həmçinin qeyd etmişdir ki, DSMF müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Bu məqsədlə 2014-cü ilin ötən dövründə DSMF 4 sayda mərkəzi, 6 sayda regional təqdimat keçirmişdir.
Bununla yanaşı “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda KİV arasında müsabiqə keçirilmişdir və yaxın vaxtlarda müsabiqə komissiyası nəticələri açıqlayacaqdır. Həmçinin bu mövzuda xüsusi reklam çarxı hazırlanmışdır ki, hazırda telekanallarda yayımlanır. DSMF elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə fəaliyyətini bundan sonra da davam etdirəcəkdir. (AzərTAc)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar