Fontu böyüt:
Maliyyə yardımları Komitəsinin üzvü olan demokrat konqressmen Ceyms Moran Azərbaycanda həbs edilmiş bloggerlər Emin Milli və Adnan Hacızadənin işi ilə bağlı dövlət katibi Hillari Klintona məktub göndərib.
Turanın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Moran məktubda bloggerlərin həbsinin siyasi baxışları və fəaliyyətləri ilə bağlı oldundan şübhələnir. Bu o demədir ki, onların işi üzrə məhkəmə prosesi ədalətli olmayacaq.
“Sizə iyulun 8-də Bakıda xuliqanlıq ittihamı ilə həbs edilmiş Adnan Hacızadə və Emin Millinin işi ilə bağlı yazıram. Onların həbsi beynəlxalq diqqət çəkib, belə ki, onlar Azərbaycanın hazırki hökumətinə müxalif olan blogger və fəal gənclərdir. Belə bir ehtimal var ki, onların həbsi siyasi fikirlərini bildirmələrinin nəticəsi olub, nəinki cinayət əməllərinin”, deyə məktubda bildirilir.
Moran dövlət katibini ədalətli məhkəmənin təmin edilməsi üçün tədbirlər görməyə çağırır.
“Azərbaycanda hüquqi sistemin zəif olması ilə əlaqədar Hacızadə və Millinin məhkəməsinin ədalətli keçməyəcəyindən narahatam. Dövlət Departamenti onların işi üzrə məhkəmənin ədalətli olması üzrə hər-hansı addımlar atırmı? ABŞ-ın, harada olursa olsun, söz azadlığının boğulmasından narahat olduğunu göstərməsi vacibdir”, deyə məktubda qeyd edilib.