Fontu böyüt:
Коmpakt fleş-yaddaş və ya fleşlər - müasir zamanənin ən populyar əşyalarından biridir. Fleşlər indi çox populyardır və müasir texnikanın yeniliyi İT bazarda tezliklə disketlərin və kompakt-disklərin yerini tutdu. Beləliklə, fleşlərdə artıq proqram təminatı yerləşdirməyə başlayıblar. Yeni nəsil noutbukların artıq diskavodu yoxdur, çünki diskavodlara artıq ehtiyac yoxdur. Tədqiqat laboratoriyalarda rəqabəti nəzərə alaraq və texnoloji prosesi daha ucuz və sərfəli etmək üçün işlər aparılır. Bir çox firmalar artıq 256 GB yaddaşlı fleşlərin istehsalı haqqında bəyan ediblər.
Lakin zamanəmizin yeni möcüzəsinin yaranma tarixini bir çox istifadəçilər bilmirlər. Fleşi 1984-cü ildə Toshiba şirkətinin mütəxəssisi yaponiyalı Fudzi Masuoka icad edib. Lakin onun kütləvi istehsalına yalnız 4 il sonra start verildi. Fleşin istifadə müddəti demək olar ki, “əbədidir”. Fleşdən sonsuz məlumat oxumaq mümkündür. Fleşə təkrar milyon dəfə məlumat yazmaq mümkündür. Fleşə gündə 6 dəfə məlumat yazsanız, sonra isə fleşi formativləşdirsəniz – onu məhv etmək üçün sizə 1400 il tələb olunacaq.
Lakin fleşlərin bir çatışmayan cəhəti də var – оnların yaddaşı nisbətən az olur. Sərt disklər, fleşlərə nisbətən daha sürətlə işləyirlər.
Fleş - kompaktlığı sayəsində dizayn yaradıcılığı üçün geniş imkanlar açır. Fleş-kartın bir neçə santimetrlik yaddaşını gözəl və qeyri-adi korpusa yerləşdirmək olar. Bundan əlavə fleş məlumat toplamaqdan başqa, digər əlavə funksiyalara da malikdir. Fantaziya işlətmək üçün imkanlar çoxdur.
İlk baxışdan adi paltar şpilkasını xatırladan Spinacz adlı fleş istifadədə çox rahatdır. Onu rahatlıqla köynəyə taxmaq olar. Belə fleş istifadədə çox rahatdır və digər xırda əşyalar arasında itməz.
Butulka açana bənzər TrekStor fleşi kompüter arxasında pivə içməyi sevənlər üçün sərfəli olar. Belə fleşin davamlığına şubhə etməyin. Onun korpusu bütövlüklə metaldan düzəlib.
Çin istehsalçıları fleşin korpusuna daha bir funksiya - alışqan əlavə ediblər. Çinin Chinavasion şirkəti siqaret çəkənləri 4 GB yaddaşlı fleşlə sevindiriblər. Yanko Design studiyası yanacaqsız və qazsız işləyən fleş- alışqan icad edib. Onlar elektrik enerjisi ilə işləyən fleşi təqdim ediblər. Möcüzəli fleş akkumulyatorla kompüterin USB-portundan enerji yığır.
Qonkonqun Debreu firması istifadəçilərə aromat verən fleş təklif edib. İş zamanı fleş müxtəlif xoş qoxular verir. Bu funksiya cihazda yerləşdirilmiş efir yağlarının sayəsində mümkün olur. Yağları isə vaxtaşırı dəyişmək lazım olur.
Buffalo firması isə fleşi TV-tünerlə birləşdirib. İndi möcüzəli fleşlə TV-proqramlara baxmaq və verilişləri fleşə yazmaq mümkündür.
Yılmaz Qarayev