İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Prezident Administrasiyası rəsmisi blogerləri xuliqan adlandırdı

14.08.2009 [19:54]

Fontu böyüt:      


“Çox təəssüf ki, bu gün Qərb imkanlarından istifadə edərək, kiçik bir milçəyin uçmasını böyük hadisə edərək, dünyaya yaya bilir”, deyə Turana müsahibəsində Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq ictimaiyyətin bloggerlər Emin Milli və Adnan Hacızadənin azad edilməsi çağırışı ilə çoxsaylı müraciətlərini şərh edərkən bildirib. “Blogerlərin həbsi sadəcə bir xuliqanlıq hadisəsinə görədir. Bir xuliaqanlıq baş verib və bir-iki aydan sonra onlar buraxılacaq. Amma belə işlər dünyada yüzlərlə olur, sadəcə olaraq onların bir neçəsi kimlərəsə lazım olanda siyasiləşdirilir. Sonra isə kimlərinsə marağına uyğun olaraq, dünyada süni olaraq mühüm hadisə kimi qələmə verirlər”, deyə Məmmədov bildirib.

“7-8 nəfər bu gənclər bir iki nəfərə qarşı olub. Beynəlxalq mətbuat, Azərbaycanda olan səfirlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, xarici nümayəndələr məsələni şişirdirlər. Amma Azərbaycanın həyati vacib məsələlərindən aylarla danışmırlar”, deyə o qeyd edib.

Azərbaycanın bloggerləri həbsdən azad etmək niyyətində olub-olmaması barədə suala cavabda Novruz Məmmədov bildirib ki, bu məsələ qanunvericilik daxilində həllini tapacaq. “Azərbaycan müstəqil dövlətdir. Biz görəndə ki, kimlərsə Azərbaycana süni təzyiqlər edir, bundan öz məqsədləri üçün istifadə etmək istəyir, biz bunları qəbul etmirik. Azərbaycan bütün dövlətlərlə səmimi əməkdaşlıq edir, dostluğu və tərəfdaşlığı qiymətləndirir. Lakin digər tərəf Azərbaycandan piyada kimi istifadə etməyə çalışırsa, bu qəbul edilməyəcək”.

Azərbaycanın xarici və daxili siyasətinə ədalətsiz kənar təsirlərin qəbul edilmədiyini deyən Məmmədov ölkədəki proseslərin qanunlarla idarə olunduğunu vurğulayıb. “Mən demirəm ki, Azərbaycanda nöqsan yoxdur və hər şey idealdır. Amma Azərbaycan son 17 ildə göstərdi ki, öz seçimində, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunda, bütün çətinliklərə baxmayaraq, irəliləyir. Azərbaycan tezliklə Qərbdə olan dövlətlər kimi sivil vətəndaş cəmiyyəti dövlətinə çevriləcək”, deyə Məmmədov bildirib.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar