İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Mobil telefondan da dinləyirlər

19.12.2008 [18:21]

Fontu böyüt:      

Türkiyə Komputer Mühəndisləri və Proqramçıları Dərnəyi Sədri Yılmaz Sönməz, Telequlaq Araşdırma Komissiyasına məlumat verərkən, mobil telefonların IMEI kodları ilə dinlənilə bildiyini açıqladı. Yollanan SMS vasitəsilə casus proqam yüklənən telefonların danışıqları yazılmaqla yanaşı, mesajları da oxuna bilir.

Bülent SARIOĞLU / ANKARA
Türkiyə Komputer Mühəndisləri və Proqramçıları Dərnəyi Sədri Yılmaz Sönməz, Telequlaq Araşdırma Komissiyasına məlumat verərkən, mobil telefonların IMEI kodları ilə dinlənilə bildiyini açıqladı. Yollanan SMS vasitəsilə casus proqam yüklənən telefonların danışıqları yazılmaqla yanaşı, mesajları da oxuna bilir.

TBMM Telequlaq Araşdırma komissiyasına məlumat verən Türkiyə Komputer Mühəndisləri və Proqramçıları Dərnəyi Sədri Yılmaz Sönməz, mobil telefonların IMEI adlanan kodları öyrənildikdə asanlıqla dinlənilə bildiyini dedi. Sönməzin Komissiya qeydiyyatlarına da keçən açıqlamalarına görə, mobil telefonlarda dinləmə belə həyata keçirilir:

Mesaj göndərilir

Dinlənəcək olan mobil telefona mahnı, şəkil və ya video yüklənəcək bir internet adresinin yazıldığı SMS göndərilir. Mobil telefon istifadəçisi, ona gələn bu SMS-i açıb, içindəki internet adresine daxil olduqda mobil telefon GPRS üzərindən internetə bağlanır və özəl olaraq hazırlanmış “trojan” adlanan casus proqramı mobil telefona yükləyir.

İdarə telequlaqda

Bu casus proqram ilə dinləniləcək şəxsin mobil telefonu artıq telefonu dinləmək istəyənlərin nəzarətinə keçir. Casus proqram həmin mobil telefona zəng gələn və ya ondan zəng edilən zaman bunu qeyd edir və bir səs qovluğu şəklində istənilən adresə yenə internet vasitəsilə göndərir. Mobil telefon bu prosesi həyata keçirərkən, telefonun istifadəçisi heç bir şey hiss etmir.

SMS-lər də izlənilir

Mobil telefona yüklənən casus proqram təkcə danışıqları qeyd edib istənən adresə çatdırmaqla kifayətlənmir. Bu casus proqramlar, dinlənilən mobil telefona gələn və gedən SMS-lərin kopyasını da dinləyən şəxsin mobil telefonuna və ya elektron ünvanına göndərir.

Məkan dinləmə

İçərisinə casus proqram yüklənmiş telefonlar yerləşdikləri məkanın da dinlənməsini həyata keçirir. Bu casus proqramlar istifadəçi öz telefonunu söndürdükdə belə işləyə bilir. Çünki bu proqram telefonun üzərindəki söndürmə düyməsini basdıqda sanki telefon sönmüş kimi ekranı qaraldır və telefonun üstündəki işığın yanmasına mane olur. Beləliklə telefon sönmüş kimi görünsə də, əslində işləməyə davam edir. Telefon işləyərkən də casus proqram mobil telefonun mikrofonu ilə məkandaki səsləri yenə telequlaqlara ötürür.

Düymələrlə idarə

Casus proqram yüklənən mobil telefona dinləmə əmrləri telequlaq tərəfindən mobil telefonla göndərilir. Ulduz, diyez (*#) yazıb zəng etdiyiniz nömrəni yazsanız, yene ulduz, diyez yazdığınız zaman telefon her dəfə açıldıqda məkan dinləməni o məlum adresə istər dinlədikdən sonra qovluq şəklində göndərə bilər, istər bir anlıq dinləyə bilər, istərsə də, o anki telefon danışıqlarını qeyd edə bilər.

Baş Nazirə passiv otaq

Yılmaz Sönməz, dinlənmənin qarşısının alınması üçün baş nazir və nazirlərin istifadə edə biləcəkləri “passiv otaqların” hazırlanmasını məsləhət gördü. Yılmazın məsləhət gördüyü passiv otaq hər cür radio siqnalından izolə edilən otaq mənasını daşıyır. Bu otaqlara daxil olduqda, mobil telefon siqnalları da daxil olmaqla, hər cür yayım siqnalı blok olunur. Həmin bu otaqlarda istifadə olunan xüsusi dalğa yayıcıları ilə, əgər məkanda qeyd edici bir cihaz varsa, onun da fəaliyyətinin qarşısı alına bilir.

IMEI kodu necə öyrənilir?

Mobil telefonlar istehsal olunarkən, hər bir telefonun üzərindəki mikrosxemə International Mobile Equipment Idendity’nin (Beynəlxalq Daşına bilən cihaz kodları) qısaltması olan IMEI adlanan kodlar yüklənir. Mobil telefonunuzun IMEI kodunu öyrənmək üçün *#06# düymələrinə basmaq kifayətdir.

Mobil telefon dinləmə xərci 600 YTL


Mobil telefonlara yüklənən casus proqramlar Türkiyərə də asanlıqla əldə edilə bilir. Bu proqramların qiyməti xüsusiyyətlərindən asılı olaraq, 600YTL-dən başlayıb 5-6 min YTL-yə çata bilir. Bu casus proqramlar hər cür mobil telefon idarə sistemi ilə istifadə oluna bilir.

Bu yolla hər kəsə nəzarət edirlər

Ümumiyyətlə, cinayət şöbəsindəki polislərin istifadə etdikləri bir metoddan da bəhs edən Sönməz, belə dedi: “Mobil telefon yerləşdiyi nöqtədə bir siqnal verir, qeydə alınır. Artıq Türkiyədə 70 milyon insanın hara getdiyi qeydə alınır. Mobil telefonu olan şəxs adı və soyadı ilə login qeydiyyatından keçərək nəzarət altına alınır. Bir ailə qətlə yetirildi. Otağın içindən yayılan 13 siqnalı toplayaraq, 8 saatdan sonra cinayətkarlar ələ keçirildi. Əslində hamımız nəzarət altındayıq.”


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar