Fontu böyüt:
Azərbaycan ilk milli süni rabitə peykini orbitə çıxardıqdan 7 il sonra bu layihəyə xərclədiyi investisiyanı geri qaytara biləcək.
«APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Nazir müavininin sözlərinə görə, milli peykin orbitə çıxarılması 2012-ci ildə nəzərdə tutulub və layihəyə xərclər dövlət büdcəsindən ayrılır: «Yeddi ildən sonra Azərbaycan layihəyə xərclədiyi sərmayəni geri götürə biləcək və bundan sonra bu sahə gəlirlə işləyəcək».
Ölkənin İKT sektorunun inkişafından danışan E.Vəlizadə qeyd edib ki, sözügedən sahədə hazırkı inkişaf qorunub saxlanılarsa, İKT sektoru ölkə iqtisadiyyatının lokomotivinə çevriləcək və artıq 2020-2025-ci illərdə onun gəlirləri neft sahəsinin gəlirlərini üstələyəcək.