İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01.11.2013 [21:57]

Fontu böyüt:      

AMEA Rəyasət Heyətində Tallin Universitetinin İnformasiya Tədqiqatları İnstitutu bölməsinin professoru Sirje Virkus və dosenti Aira Lepik ilə görüş keçirilib.

AMEA Rəyasət Heyətində Tallin Universitetinin İnformasiya Tədqiqatları İnstitutu bölməsinin professoru Sirje Virkus və dosenti Aira Lepik ilə görüş keçirilib. Görüşdə İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, AMEA-nın akademik-katibi, professor Rasim Əliquliyev, institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev və institutun dissertantı Sahib Kazımov da iştirak ediblər.

Ölkədə informasiya cəmiyyəti quruculuğu istiqamətində görülən məqsədyönlü işlərdən və dövlət siyasətinin əsas hədəflərindən söhbət açan R.Əliquliyev İTİ-nin əsas fəaliyyət istiqamətlərinin informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif problemlərinin araşdırılması olduğunu bildirib. S.Virkus təmsil etdiyi elmi qurumun fəaliyyəti haqqında məlumat verərək İnformasiya Tədqiqatları İnstitutunda informasiya və kommunikasiya elmi sahəsində bakalavr, magistr və doktorantura proqramlarının həyata keçirildiyini deyib.

Qurumun informasiya və bilik idarəçiliyi, rəqəmli kitabxanalar və elmi təşkilatlarda informasiyanın idarəolunması kimi istiqamətlərindən söz açıb. Sonra Tallin Universitetinin İnformasiya Tədqiqatları İnstitutu ilə AMEA İTİ arasında elm, təhsil və tədqiqat sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Sənəddə müvafiq sahədə birgə konfrans və seminarların təşkili, innovativ layihələrin həyata keçirilməsi, kadr və təcrübə mübadiləsi kimi məsələlər öz əksini tapıb. Görüşdə həmçinin AMEA ilə Estoniyanın müxtəlif elmi qurumları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. (ictnews.az)


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar