Fontu böyüt:
24 avqust 2009-cu il tarixindən başlayaraq Nar Mobile-ın təqdim etdiyi “Xoş Saatlar” aksiyasına qoşulan abunəçilər mobil telefonla saatlarla, günlərlə hətta aylarla limitsiz danışa bilərlər!
İndi “Xoş Saatlar” aksiyasına qoşularaq, Nar Mobile abunəçisi şəbəkədaxili pulsuz danışıqlar üçün istədiyi paketi seçib, büdcəsinə qənaət edərək telefonla istədiyi qədər danışa bilər.
“Xoş Saatlar” aksiyasına qoşulmaq üçün seçilmiş paketin adını və ya müvafiq kodu SMS-lə 777 nömrəsinə göndərmək kifayətdir.
1 saat 0,20 AZN 60 dəqiqə saat
1 gün 2 AZN 24 saat gun
1 ay 20 AZN 30 gün ay
Əlavə məlumatı AZERFON MMC-nin saytından www.NarMobile.az əldə edə bilərsiniz.
Şəbəke daxili danışıqlar üçün nəzərdə tutulan “Xoş Saatlar” paketlərindən bütün öncədən ödənişli tarif planlarının istifadəçiləri yararlana bilər. Paketdən istifadə müddəti xidmətin aktivləşdirildiyi andan hesablanır və bu haqda abunəçiyə SMS-bildiriş göndərilir.
Qeyd edək ki, bir “Xoş Saatlar” paketinin qüvvədə olduğu halda digər “Xoş Saatlar” paketini aktivləşdirmək mümkün deyil.
AZERFON MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır və hal-hazırda Azərbaycan Respublikasının 80% əhatə edir. Hal-hazırda AZERFON şəbəkəsindən 1 300 000 çox abunəçi istifadə edir.