Fontu böyüt:
Dünyadakı neft ehtiyatlarının getdikcə azalması alimləri alternativ yanacaq qaynaqları axtarmağa məcbur edir. Bu mövzuda əhəmiyyətli araşdırmalar davam etməkdədir.
Bununla bərabər neft istehsalçıları da boş dayanmır, onlar da öz sahələri ilə əlaqədar araşdırmalarını davam etdirirlər. Son vaxtlarda müəyyən uğurlar da əldə edilib. Yeni texnologiya üsulunun köməyi ilə yeraltından çıxardılan neft nisbəti artırıla biləcək, yəni dünyanın neft ehtiyatları artacaq.
Məlumdur ki, neft çıxardılan zaman yeraltından yer üzünə çıxan neftin çox hissəsi itkiyə gedir. Ortalama olaraq bir neft ehtiyatında olan qaynağın ancaq 35%-lik bir hissəsi çıxardılır. Neft istehsalçılarının tapdığı yeni üsul sayəsində isə bu nisbət 50%-dək artırıla bilər. Bu %15lik artım çox böyük bir fərq yaratmayacaq.
Buna baxmayaraq dama-dama göl olar deyirlər. Yer üzərində neft ehtiyatları 1,2 trilyon vedrə daha artmış olacaq. Bu artım da həm neftin bir müddət üçün ucuzlaşmasına, həm də alternativ yanacaq qaynaqları axtaran alimlərə zaman qazandırmağa yarayacaq.