İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli Televiziya və Radio Şurasına qarşı şikayət rədd edilib

30.12.2009 [12:39]

Fontu böyüt:      


Azərbaycan məhkəməsi Milli Televiziya və Radio Şurasına qarşı şikayəti rədd edib.

Bakı Apelyasiya Məhkəməsində "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin MTRŞ-yə qarşı 1 saylı Bakı İqtisad Məhkəməsinin qəbul etdiyi qətnamədən verdiyi şikayətə baxılıb.

Prosesdə iddiaçı qismində çıxış edən qurumun vəkili Əsabəli Mustafayev Sumqayıt şəhərində yeni telekanalın açılması üçün Milli Teleradio Şurasının tezlik ayırmamasının qanunsuz sayılması və tezliyin verilməsi barədə qərar çıxarılmasını istəyib. Onun sözlərinə görə, MTRŞ-nin bu addımı qanunvericilik və ölkənin qoşulduğu beynəlxalq konvensiyaların tələbləri ilə ziddiyyət təşkil edir.

Təşkilatın prezidenti Elçin Məmməd isə hazırda Sumqayıt şəhərində yalnız bir yerli telekanalın fəaliyyət göstərdiyini deyib və bildirib ki, bu, yarım milyona yaxın əhalisi olan bir şəhər üçün xeyli aşağı göstəricidir.

Milli Teleradio Şurasının nümayəndəsi Toğrul Məmmədov iddianı əsasız hesab edərək Sumqayıt şəhərində bir yerli telekanalın fəaliyyət göstərdiyini, ölkə üzrə yayılan 8 telekanalın Sumqayıt ərazisində yayımlandığı üçün yeni telekanalın açılmasına ehtiyac olmadığını deyib. Onun sözlərinə görə, İqtisad Məhkəməsinin çıxardığı qərar qanuna uyğundur və birliyin şikayəti təmin edilməməlidir.

Bakı Apelyasiya Məhkəməsi "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin apelyasiya şikayətini təmin etməyib.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar