21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
18 dekabrda "Gülüstan" sarayında nüfuzlu "İlin şirkəti" («Company of the Year») Milli Mükafatının 5-ci yubiley təqdimetmə mərasimi keçirilib.
Mükafatın təqdim edilməsində məqsəd, iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələrə nail olmuş, Azərbaycan biznesinin müsbət imicinin formalaşmasına, ölkənin dünya iqtisadiyyatına inteqrasına və ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına kömək etmiş şirkətləri mükafatlandırmaqdan ibarətdir.
"İlin xəbər portalı" nominasiyası üzrə Milli.Az xəbər portalı "İlin şirkəti" mükafatına layiq görülüb.
Mərasimdə portalın fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib.
Xatırladaq ki, Milli.Az xəbər portalı 2010-cu ilin yanvarında yaradılıb. Portal dünyada və ölkəmizdə baş verən mühüm və maraqlı hadisələr barədə operativ xəbərlər yayımlayır. Milli.Az siyasət, iqtisadiyyat, mədəniyyət, şou-biznes, cəmiyyət, məişət, sağlamlıq, idman, fövqəladə və kriminal hadisələrə dair informasiyalar verir, dünyanın hər bir yerində baş verən olaylardan, həmçinin cəmiyyət həyatının ən müxtəlif sahələrinə dair yeniliklərdən xəbər verir. Portal eyni zamanda analitik yazılar, təhlil və araşdırmalar, maraqlı fotosessiya və video materiallar təqdim edir. Bir sözlə, insanların məlumatlanmasına, maariflənməsi və intelektual istirahətinə xidmət edir.
Biznes planlarına gəldikdə, yaxın perspektivdə Milli.Az-ın saytını ən müasir və yüksək səviyyəli internet səhifəsinə çevirmək dayanır. Daha geniş oxucu kütləsinə xidmət etmək, internet istifadəçilərinin ən sevimli resursuna çevrilmək Milli.Az-ın əsas hədəfidir.
Mükafatın builki qalibləri arasında ölkənin müxtəlif nüfuzlu biznes strukturları var idi.
Qeyd edək ki, "İlin şirkəti" Milli Mükafatı ölkə iqtisadiyyatına investisiyalar cəlb etmək, nominant şirkətlərə öz biznesinin genişləndirilməsində kömək etmək, daxili və xarici bazarlarda nüfuzu və rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır. Öz səciyyəsinə və həyata keçirilməsinə sərf olunan mənbələrin sviyyəsinə görə bu ictimai aksiyanın Azərbaycanda analoqu yoxdur. O, təkcə ölkənin işgüzar mətbuatının deyil, həmçinin xarici kütləvi informasiya vasitələrinin marağına səbəb olur. Mükafatın təqdimetmə mərasiminin baş sponsoru Nar Mobile-dır.
"İlin şirkəti" Milli Mükafatının ilk təqdimetmə mərasimi 2006-cı ildə keçirilib. Ötən dövr ərzində Mükafat, özünü təkcə uğurlu şirkətlərdən ibrət götürən ictimai institut kimi deyil, eyni zamanda Azərbaycan biznesinin yeni imicini formalaşdıran və ölkədə işgüzar etikanın yeni standartlarını irəli sürən bir ictimai təsisat kimi tanıdıb.
"İlin şirkəti" Milli Mükafatının təsisçisi, MiniMax Media Holding tərəfindən nəşr olunan aylıq Consulting&Business işgüzar jurnalıdır.