Fontu böyüt:
AEGEE-Bakı Avropa Tələbələr Forumunun nəzdində fəaliyyət göstərən İT-Media İşçi Qrupu gənc, aktiv internet istifadəçiləri üçün yeni “2Y Yaz-Yay” adlı internet və multimedia layihəyə start verir.
Layihənin kordinatoru Jalə Nəcəfovanın xeberler.az-a verdiyi məlumata əsasən layihənin məqsədi gənclərin İnternetin imkanlarından və multimedia vasitələrindən daha geniş, faydalı istifadə etməsinə həvəsləndirməkdir. Bu biliklər İnterntdə PR və media işlərinin effektiv formada təşkili ilə yanaşı gündəlik həyatda da belə əksər İnternet istifadəçilərinə daim lazım olur.
Dörd mərhələdən ibarət olan layihədə təxminən 90-na yaxın gəncin iştirakı gözlənilir. Bura bloqlar, foto, video və audio ilə iş, İnternetdə PR, İnternet Mediası mövzularında təlimlər, workshoplar və müsabiqələr daxildi. Bloqlar və internet haqqında I mərhələ 10-12 sentyabr tarixləri arasında Bakı Jurnalistika Məktəbin-də keçiriləcək. Təlimin gələcək həftələrdə davamı gözlənilir.
Təlimdə maksimum 20 nəfərin gəncin iştirakı gözlənilir. Təlimçilər isə artıq bu sahədə öz sözlərini demiş Barcamp Azərbaycan təşkilatının həmtəsisçilərindən biri olan İlqar Mirzə və Explorer jurnalının baş redaktoru Baba Əliyevdir.