İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanın ilk süni rabitə peykini orbitə ABŞ şirkəti çıxaracaq

07.08.2009 [18:22]

Fontu böyüt:      


Azərbaycanın ilk süni telekommunikasiya peykini orbitə çıxarılması layihəsini ABŞ-ın «Orbital Sciences Corporation» şirkəti həyata keçirəcək. Bununla bağlı qərar milli süni peykin orbitə çıxarılması layihəsi çərçivəsində keçirilən tenderin nəticələri əsasında qəbul olunub.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən APA-ya verilən məlumata görə, bu tender Nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi tərəfindən 2009-cu ilin yanvar ayında elan olunub. Tenderdə Fransanın «ThalesAlenia Spase» və «EADS/Astrium», ABŞ-ın «Space Systems/Loral İnc.» və «Orbital Sciences Corporation» şirkətləri, habelə «Sumitomo Corporation»/«İSS Reşetnev» Yaponiya-Rusiya konsorsiumu iştirak edib.

İddiaçılara təqdim olunan Əsas Şərtlər Toplusuna uyğun verilmiş təkliflər Tender Komissiyası və əlavə cəlb edilmiş xarici ekspertlər tərəfindən təkliflərin uyğunluğu, avadanlığın keyfiyyəti və dayanıqlılığı, peykin yaşama müddəti, son texnoloji yeniliklərin təklifi, təklifin qiyməti və s. əsas şərtlər nəzərə alınmaqla qiymətləndirilib. Nəticədə, tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi əsasında «Orbital Sciences Corporation» şirkətinə birinci, «Space Systems/Loral İnc.» şirkətinə ikinci, Fransanın «ThalesAlenia Spase» şirkətinə üçüncü yer verilməsi barədə qərar qəbul olunub.

Xatırladaq ki, tender dövlət başçısının 2008-ci il 4 noyabr tarixli «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» sərəncamına müvafiq keçirilib.

Qeyd edək ki, ilk süni peykin artıq 2011-ci ilin dekabr ayında orbitə çıxarılacağı gözlənilir. Layihə kommersiya xarakteri daşıdıqdan onun reallaşdırılması üçün 5-7 illik imtiyazlı kreditin ayrılması mümkündür. Gələcəkdə «AzerSpace» adlanacaq bu peykin dövlət müəssisələrinin nəzdində və ya birgə müəssisə şəklində fəaliyyət göstərəcəyi istisna olunmur.

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Azərbaycana 2 orbital pozisiya verib. Lakin bu, yerin əhatə dairəsi üçün məhdudiyyət təşkil etdiyindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 20 il müddətinə orbital pozisiya icarəyə götürərək süni peyk layihəsini həyata keçirməyə başlayıb.

Hazırda Azərbaycanın televiziya kanalları müxtəlif xarici peyklərdən yayımlanır. Milli peyk orbitə çıxarıldıqdan sonra isə kanallar bu peyk vasitəsilə yayımlana biləcək. Layihə Azərbaycanın beynəlxalq kosmik bazara çıxışını təmin edəcək. Azərbaycan milli peykin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsi daxil olmaqla isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar