Fontu böyüt:
Moskva Dövlət Universitetində MDB və Şərqi Avropanın ən güclü superkompüterinin təqdimatı keçirilib.
“Lomonosov” adlı yeni superkompüterin maksimal məhsuldarlığı 420 teraflops, real gücü isə 350 teraflops təşkil edir. Top500 dünya üzrə superkompüterlər reytinqində 12 yeri tutan “Lomonosov” Universitetin digər superkompüterlərinin gücü çatmayan hesablamaları yerinə yetirəcək.
Yeni sistem 4446 hesablama qovşağından, 8892 prosessordan və 35778 prosessor nüvəsindən ibarətdir. Hesablama qovşaqlarının əsas hissəsində Intel Xeon X5570 prosessorları istifadə olunur. Onun operativ yaddaş həcmi isə 56576 qiqabayta bərabərdir. Ümumi disk hesablama həcmi 166,4 terabayt, məlumat saxlanılma sisteminin ümumi həcmi isə 350 terabayt təşkil edir. “Lomonosov” 252 kvadrat metrlik sahədə yığılıb.
Xatırladaq ki, dünyanın ən güclü superkompüteri olan Cray XT Jaguar 1,75 petaflops məhsuldarlıq səviyyəsinə malikdir. “Lomonosov”-un sürəti birincidən dörd dəfə zəifdir.
Təqdimat mərasimində Rusiya Prezidenti Dmitri Medvedyev də iştirak edib. //mincom.gov.az