Fontu böyüt:
Avtomobil təkərləri istehsalçısı olan «Kumho» şirkəti lazerin köməyi ilə təkərdə protektor şəklini kəsə bilən lazer texnologiyası hazırlayır.
Yeni lazer texnologiyası gələcəkdə xüsusi təkərlərin, o cümlədən avtosport üçün təkərlərin və ya aşağı müqavimət əmsallı səthlərin yaradılmasına yardımçı olacaq.
«Kumho» öz protektor şəkillərini adi üsulla formalaşdırmaq niyyətindədir, sonra isə lazer texnologiyasının köməyi ilə müxtəlif şəkil elementləri əlavə olunacaq.