Fontu böyüt:
Məlum olduğu kimi bu səhər Bakı şəhərinin mərkəzində atışma baş verib.
Silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq insanlara atəş açmağa başlayıb. Rəsmi qurumlar artıq 13 nəfərin öldüyünü və 13 nəfərin yaralandığını bildiriblər .
Hadisə baş verən andan Azərbaycan İnternet məkanında olan bütün informasiya resurslarına giriş kifayət qədər məhdudlaşıb. Hətta bir sıra hallarda xəbər saytlarına a ümumiyyətlə daxil olmaq mümkün olmayıb.
İkin araşdırmalar göstərir ki, xəbər r saytlarına müraciətlər onlarla dəfə artmasına saytların yerləşdiyi serverlər tab gətirmir. Eyni anda olan minlərlə müraciətlər serverlərin ciddi olaraq yüklənməsinə və nəticədə saytların fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarır
AİF prezidenti Osman Gündüz bizimlə olan söhbətində , təkcə bizdə deyil bütün ölkələrdə bu cür hadisələr baş verərkən xəbər resurslarının kəskin dərəcədə yükləndiyini və müəyyən problemlərin olduğunu bildirib. O qeyd edib ki, ölkəmizdə bu cür halların qarşısının alınması üçün xəbər saytlarının daha keyfiyyətli serverlərdə saxlanılması vacibdir. İqtisadi sıxıntılar ucbatından ucuz qiymətə icarəyə götürülən Xəbər saytlarının yerləşdiyi hostinqlərin keyfiyyəti yetərli olmadığından, bu cür resurs sahibləri tərəfindən fors-major situasiyalar üçün alternativlər hazırlanmadığından normal informasiya münasibətlərini qurmağın xeyli çətin olduğunu qeyd edib.
Osman Gündüz həmçinin milli informasiya a resurslarının fiziki olaraq Azərbaycan ərazisində yerləşdirməyin, hökumətin təkcə çap mediaya deyil, internet KİVə dəstək verməsinin vacibliyi bildirib.
Osman Gündüz bildirib ki , “təəssüf ki, Azərbaycanın milli informasiya resurslarının xeyli hissəsi hələ də xarici ölkələrin serverlərində yerləşir.” Ölkəmizdə İnternetin keyfiyyətinin onsuzda pis olduğunu nəzərə alsaq , bütün bunların xeyli dərəcədə ölkə istifadəçilərinin çevik informasiya almaq imkanlarını məhdudlaşdırır - deyə Osman Gündüz bildirib.
xeberler.az/Gunel