İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Gələn il ölkə əhalisi televizorsuz qala bilər

13.03.2011 [11:50]

Fontu böyüt:      

Xəbər verdiyimiz kimi, gələn il ölkədə rəqəmsal televiziya və radio yayımına keçiləcək. Bir aya yaxındır ki, Nazirlər Kabineti “Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı proqramı”nın təsdiq edilməsi haqda qərar verib.

Xəbər verdiyimiz kimi, gələn il ölkədə rəqəmsal televiziya və radio yayımına keçiləcək. Bir aya yaxındır ki, Nazirlər Kabineti “Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı proqramı”nın təsdiq edilməsi haqda qərar verib. Əsas məqsəd ölkədə analoq televiziya və radio yayımından rəqəmli teleradio yayımına keçid üçün lazımi şəraitin yaradılmasıdır. Keçid iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 2011-2012-ci illəri əhatə edir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu günlərdə dedi ki, 2012-ci ildə Azərbaycan televiziyaları rəqəmsal yayıma keçəcək. Nazirin sözlərinə görə, ölkədə analoq televiziya yayımı 2012-ci ildə dayandırılacaq. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə rəqəmsal yayıma keçəndən sonra xarici telekanalların ölkədə yayımının qarşısının alınacağını vurğulayıb. Hazırda Azərbaycanda rəqəmsal yayım səviyyəsi 35 faizdir.
Rəqəmsal yayıma keçəndən sonra peyk antenlərinin əhalidən zorla yığışdırılması nəzərdə tutulur. Kabel televiziyalarına qoşulmaq isə vətəndaşların əksəriyyətinin imkanı xaricindədir. Həmçinin hazırda əhalinin istifadə etdiyi televizorların heç də hamısı rəqəmsal yayımı dəstəkləmədiyindən rəqəmsal radio-televiziya yayımına keçidin vətəndaşlara çox baha başa gələcəyini indidən demək olar.
Artıq paytaxtda fəaliyyət göstərən dükanlarda adi - analoq televizorların sayı kəskin azalıb. Satıcılar deyir ki, artıq bu televizorları satmaq üçün gətirməyə maraq göstərmirlər: “Çünki gələn il bu televizorlardan istifadə demək olar ki, mümkünsüz olacaq. Alıcılara da bunu başa salırıq. Ancaq bu xəbərlər satışımıza da mənfi təsir göstərir”.
Satıcı Adil bəy deyir ki, alıcılar rəqəmsal yayımla bağlı son xəbərlərdən çox narahatdır: “Bizdən tez-tez soruşurlar ki, rəqəmli yayımı dəstəkləməyən köhnə televizorları neyləyəcəklər. Axı hamının son model televizor almaq imkanı yoxdur. Bu səbəbdən adi televizorların satışı kəskin azalıb, artıq bu televizorları sata bilmirik”.
Ancaq digər satıcı Elvin bəy deyir ki, adi televizorların satışının azalması yeni model televizorların satışının artmasına təsir etməyib: “Çünki yeni modellər çox bahadır. Həm də bu modellərin də bir çoxu rəqəmsal deyil”.
Satıcı Murad bəy isə qeyd edir ki, rəqəmli yayımı dəstəkləmək üçün televizorlara müəyyən qurğular - abunəçi terminallar quraşdırmaqla məsələ həll oluna bilər: “Ancaq hələ ki, bu qurğular ölkəyə gətirilməyib. Həm də bu qurğular heç də ucuz deyil. Xaricdə qiyməti 50 dollardan başlayan qurğular ölkəyə gətiriləcəyi halda daha baha satılacaq”.
Qeyd edək ki, paytaxt dükanlarında rəqəmsal televizorların qiyməti 450-490 manatdan başlayır. Həmin televizorlar ev antenləri ilə 10-12 kanal tutur ki, bunların da arasında bir neçə Rusiya və Türkiyə kanalı var. “Bu televizorlar da tam olaraq alıcıların maraqlarına cavab vermir, xarici kanalların sayı azdır”.
Çanaq antenləri satıcıları da rəqəmsal yayımla bağlı yayılan xəbərlərdən narahatdır. Bu xəbərlər onların da bazarına mənfi təsir göstərib. Satıcı Aqşin bəy deyir ki, antenlərin yığışdırılması düzgün deyil: “Hamının kabel televiziyasına baxmaq imkanı yoxdur axı. Bu, hər ay əlavə xərc deməkdir. Peyk antenlərini isə bir dəfə quraşdırırsan, vəssalam”.
Satıcı Eldar bəyin sözlərinə görə isə vətəndaşlara çanaq antenlərdən istifadə sərf edir: “Elə vətəndaşlar var ki, televiziya proqramlarına çanaqla baxmaq istəyir. Bunu ona heç kim qadağan edə bilməz. Məsələn, mən özüm də baxıram”.
Onun satdığı çanaq antenlər 65 manatdan başlayır. Qeyd edək ki, hazırda ölkədə peyk antenası quraşdırmaq üçün təxminən 80 manat xərc tələb edilir. Sadə peyk antenləri təxminən 35-40 manatdır. Belə antenlərlə bir neçə istiqamətdə Avropa, Rusiya, Türkiyə istiqamətlərində 200-dən çox kanala baxmaq olur.
“Teleradio” İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov “Yeni Müsavat”a bildirdi ki, köhnə televizorlara rəqəmsal yayımı dəstəkləmək üçün qəbuledicilər yerləşdirməklə problemi həll etmək mümkün olacaq: “Bu qəbuledicilər satışda var, qiyməti 55-60 manatdan başlayır. Həmin qəbuledicilərin bəzilərində kart yerləşdirmək də mümkün olacaq. Çünki hazırda 12 kanal pulsuz yayımlanır. Digərləri isə pullu olacaq və kart vasitəsilə istifadəsi mümkün olacaq”.
Vətəndaşların imkanı xaricində olmasına və hər bir vətəndaş üçün xeyli vəsait tələb etməsinə baxmayaraq rəqəmli yayıma keçid hakimiyyətin marağındadır. Çünki hakimiyyətin birbaşa nəzarətində olması səbəbindən yerli telekanallar auditoriyasını itirib. Vətəndaşlar alternativ informasiya mənbələri axtarmağa məcburdur, bu səbəbdən bir hissəsi internetə üz tutub, bir hissəsi də peyk antenləri vasitəsilə xarici telekanallara baxmaqla informasiya tələbatını ödəməyə çalışır. Hakimiyyət isə vəziyyəti nəzarət altında saxlamağa çalışır. Nəticənin necə olacağını gözləməyə dəyər...

//musavat.com


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar