İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Anar Yusifoğlu:“Həsən Kərimov İctimai Televiziyanın adından, nüfuzundan yararlanmaq istəyir”.

29.10.2010 [19:49]

Fontu böyüt:      

“Həsən Kərimov İctimai Televiziyanın onun üçün ayırdığı pulsuz efir vaxtından tam istifadə edib. Sadəcə, indi diqqəti özünə və kampaniyasına cəlb etmək üçün İctimai Televiziyanın adından, nüfuzundan yararlanmaq istəyir”. Bunu açıqlamasında İctimai Televiziyanın informasiya və analitik proqramlar departamentinin direktoru və debatın moderatoru Anar Yusifoğlu deputatlığa namizəd Həsən Kərimovun İTV-nin

“Həsən Kərimov İctimai Televiziyanın onun üçün ayırdığı pulsuz efir vaxtından tam istifadə edib. Sadəcə, indi diqqəti özünə və kampaniyasına cəlb etmək üçün İctimai Televiziyanın adından, nüfuzundan yararlanmaq istəyir”.

Bunu açıqlamasında İctimai Televiziyanın informasiya və analitik proqramlar departamentinin direktoru və debatın moderatoru Anar Yusifoğlu deputatlığa namizəd Həsən Kərimovun İTV-nin efirində yayımlanan teledebatda ona ayrılan vaxtın kəsildiyi barədə ittihamlarına münasibət bildirərkən deyib.

Həsən Kərimovun vaxtından 18 saniyə kəsilməsi barədə məlumatın oktyabrın 28-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu ilə Media Azadlığı İnstitutunun birgə keçirdiyi monitorinqin nəticələrində də əksini tapması barədə sualı cavablandıran departament rəhbəri deyib: “Görünür, RATİ-nin əməkdaşları da riyaziyyatı Həsən Kərimov kimi bilirlər. Həsən Kərimov teledebatdakı çıxışını dörd hissəyə bölüb. Məgər bu dörd rəqəmi toplamaq belə çətin işdir? Həsən Kərimov fasilələrlə 51 saniyə, 1.39 saniyə, 1.15 saniyə və 16 saniyə danışıb. Hesablasaq, namizədə düz 4 dəqiqə 1 saniyə efir vaxtı verilib”.

”Lakin monitorinqin nəticələri ilə bağlı dəyirmi masada İctimai Teleradionun təmsilçisi Tahir Məmmədov bunun texniki səhv olduğunu bildirib. Buna münasibətiniz necədir?” sualını cavablandıran A. Yusifoğlu bəzi mətbuat orqanlarının Tahir Məmmədovun cavabını təhrif etdiklərini bildirib: “Mən özüm tədbirin videolentini izləmişəm. Tahir Məmmədov deyir ki, belə halın baş veməsi mümkün deyil, olsa belə, bu, texniki səhv ola bilər. Yeri gəlmişkən, hesabatda başqa səhvlər də var. Məsələn, seçki ilə bağlı biz bütün blokların toplantısını işıqlandırmışıq, təkcə Yeni Azərbaycan Partiyasından başqa. Oktyabrın 13-də YAP-ın icra katibi Əli Əhmədov mətbuat konfransı keçirib, başqa televiziyaları deyə bilmərəm, amma Birinci kanal bu toplantını işıqlandırmayıb. Hesabatda isə bu fakt əksinə yazılıb. Yaxşı olardı ki, bu səhvimiz bizə irad tutulardı”.

A. Yusifoğlu Həsən Kərimovun mətbuata açıqlamasında İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərovun onun çıxışından narahat olduğuna işarə etməsinə də münasibət bildirib: “Bu, gülünc söhbətdir. Jurnalist həyatımızda onlarla belə adamlar görmüşük, bundan narahat olsaydıq, bu peşənin sahibi olmazdıq. Yəqin ki, Həsən Kərimov dəqiqələri hesablayanda hər dəyirmi masanın əvvəlində yayımlanan elanı gözdən qaçırıb. O elanda qeyd olunub ki, efirdə səslənən fikirlərə görə İctimai Televiziya məsuliyyət daşımır”.

mənbə: APA


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar