İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

«Biz hökumətdən cavab və ciddi reaksiya gözləyirik»

19.01.2012 [12:18]

Fontu böyüt:      

“Kiberhücum göstərdi ki, Azərbaycanda rəsmi dövlət qurumlarının internet resurslarının dayanıqlığı yetərli deyilmiş”“Cəmiyyət bilməlidir ki, bu hücum nə üçün baş verib? Əsas səbəblər nə ola bilər? Bu, kadrların səhlənkarlığı və ya qeyri-peşəkarlığıdırmı? Bu, texnoloji
«Cəmiyyət bilməlidir ki, bu hücum nə üçün baş verib»

“Kiberhücum göstərdi ki, Azərbaycanda rəsmi dövlət qurumlarının internet resurslarının dayanıqlığı yetərli deyilmiş”. Bunu, Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz deyir.
Onun sözlərinə görə, ötən illər ərzində müəyyən işlər görülsə də, məlum hadisə bu işlərin az olduğunu göstərdi: “2005-ci ilə qədər dövlət orqanlarının internet resurslarının hərəsi dünyanın bir yerində idi. Amma 2005-ci ildən bu yana bu resursların hamısını Azərbaycana gətirdilər, ayrı server yaratdılar, Xüsusi Dövlət Mühafizə Xidmətinin bir qurumunu buna ayırdılar. Yəni son dövrlər bu istiqamətdə işlər görülüb. Amma baş verənlər görülən işlərin yetərli olmadığını göstərdi. Sən demə, böyük təhlükə var imiş, hakerlər bir anda Azərbaycana məxsus 40-a yaxın milli informasiya resursunu darmadağın edə bilərlərmiş. Amma məsul şəxslər bunu heç nəzərə də almayıblar”.

O.Gündüz hesab edir ki, Rabitə və Informasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Milli Təhlükəsizlik Nazirliyi məsələni ciddi araşdırmalı və nəticə çıxarmalıdır: “Cəmiyyət bilməlidir ki, bu hücum nə üçün baş verib? Əsas səbəblər nə ola bilər? Bu, kadrların səhlənkarlığı və ya qeyri-peşəkarlığıdırmı? Bu, texnoloji qüsurdurmu? Ola bilər ki, daha keyfiyyətli və bahalı proqramlar əvəzinə ucuz və ya pulsuz proqramlardan istifadə olunub. O da ola bilər ki, təhlükəsizlik məsələlərinə qəpik-quruş ayrılıb. Bunların hamısı araşdırılmalıdır. Cəmiyyətin bu izahlara ciddi ehtiyacı var.

Bu məsələyə belə yanaşılmalıdır ki, sanki Azərbaycanın Xəzərdə üzən 30 gəmisini partlatdılar, göydə təyyarələrimizi vurdular, nazirliklərin ofislərini yandırdılar. Biz hökumətdən cavab və ciddi reaksiya gözləyirik. Diaqnozun qoyulması müalicənin 50 faizi deməkdir. Hökumət bu məsələyə ciddi diqqət yetirməlidir. Bu məsələdə təhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanması ən vacib və ən çox diqqət edilməli olan məqamdır”.

Xatırladaq ki, yanvarın 16-da Azərbaycanın dövlət orqanlarının, hakim siyasi partiyasının və bəzi KIV-nin saytlarına kütləvi kiberhücum olub. Dağıdılan veb-səhifələr sırasında prezident Ilham Əliyevin, Yeni Azərbaycan Partiyasının, Daxili Işlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Təhsil Nazirliyinin, Konstitusiya Məhkəməsinin, Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, həmçinin rəsmi dövlət agentliyi olan AzərTac-ın da saytı var idi. (www.azadliq.info)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar