İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Əli Abbasov da korrupsiyadan danışdı

05.02.2011 [16:19]

Fontu böyüt:      

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) kollegiya iclası keçirilib. Nazirlikdən verilən məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sədrliyi ilə keçirilən kollegiya iclasında ölkədə korrupsiyaya qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlərin həyata keçirildiyi qeyd edilib, bu sahədə RİTN tərəfindən görülən işlər, mövcud problemlər qeyd olunub. Toplantıda korrupsiyaya qarşı mübarizə üzrə RİTN-in müəssisə və təşkilatlarında həyata keçirilən tədbirlərə baxmayaraq

 Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) kollegiya iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sədrliyi ilə keçirilən kollegiya iclasında ölkədə korrupsiyaya qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlərin həyata keçirildiyi qeyd edilib, bu sahədə RİTN tərəfindən görülən işlər, mövcud problemlər qeyd olunub. Toplantıda korrupsiyaya qarşı mübarizə üzrə RİTN-in müəssisə və təşkilatlarında həyata keçirilən tədbirlərə baxmayaraq, mənfi halların da mövcud olduğu bildirilib. Nazirliyin struktur qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiyada rabitə birlik və müəssisələrində hüquqpozmalara şərait yaradan halların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi, müəssisələrdə nizam-intizam qaydalarının möhkəmləndirilməsi, abunəçilərin hüquqlarının qorunmasına diqqətin artırılması, sahibkar və özəl şirkətlərə azad rəqabət mühitinin yaradılması, əmək haqlarının vaxtında verilməsi və bir sıra həlli vacib məsələlər barədə çıxışlar və müzakirələr aparılıb.

Kollegiyaya yekun vuran nazir Ə.Abbasov rabitə və informasiya texnologiyaları sektorunda korrupsiyaya qarşı mübarizədə səmərəliliyin artırılması məqsədi ilə vətəndaşlardan daxil olan müraciətlərə baxılması, operativliyin artırılması, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi, özəl müəssisələrə azad və münbit şəraitin yaradılması, sahə işçilərində antikorrupsiya mədəniyyətinin formalaşdırılması, «Qaynar xətt»in fəaliyyətinin və hüquqi maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyini vurğulayıb, bununla bağlı müvafiq tapşırıqlar verib.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar