"TeliaSonera" dünyada ilk dəfə olaraq 4G şəbəkəsini tətbiq edib. Onu da qeyd edək ki, "TeliaSonera" həm də Everest dağında 3G şəbəkəsini quran ilk şirkət olub.
"Azercell Telekom" MMC-nin Koorporativ Ünsiyyət şöbəsinin direktoru, son bir il ərzində "TeliaSonera International Carrier" şirkətinin Stokolhmda yerləşən ofisində Kommunikasiya şöbəsinin rəhbəri vəzifəsini icra etmiş Ülviyyə Həsənzadə "TeliaSonera Avrasiya" şirkətinin İstanbuldakı regional ofisinə Korporativ Ünsiyyət üzrə vitse-prezident vəzifəsinə təyin olunub.
Ü.Həsənzadə Azercell Telekom-da karyerasına 2008-ci ildə Korporativ Ünsiyyət şöbəsinin rəhbəri vəzifəsində başlayıb.
Məlumat üçün bildirək ki, Ü.Həsənzadə ictimaiyyət və mətbuat, hökumət orqanları və korporativ əlaqələr sahəsində 15 ildən artıq təcrübəyə malikdir. O, peşəkar karyerasına Azərbaycan Prezidenti Administrasiyasında başlayıb. Daha sonra Böyük Britaniya parlamentinin İcmalar palatasında çalışıb. 2006-ci ildə "Weber Shandwick" adlı Qlobal PR şirkətinin Azərbaycan bürosunda biznesin inkişafı üzrə direktor vəzifəsində çalışıb. Ü.Həsənzadə Bakı Dövlət Universitetin beynəlxalq münasibətlər fakültəsini və Böyük Britaniyanın Sasseks Universitetinin İnkişaf Elmləri İnstitutunu beynəlxalq siyasət ixtisası üzrə magistr diplomu ilə bitirib.
Qeyd edək ki, "Azercell" yerli operator olmaqla, beynəlxalq "TeliaSonera" şirkətlər qrupunun bir hissəsidir. "TeliaSonera International Carrier" şirkəti "TeliaSonera" tərkibində şəbəkə infrastrukturu üzrə xidmətlər təklif edir. Şirkətin hazırda 80 ölkədə 1000 müştərisi var. 1850-ci ildə yaradılan "TeliaSonera" dünyada ən qabaqcıl mobil kommunikasiya təminatçısı olmaqla, telekommunikasiya sənayesinin öncüllərindən və GSM şəbəkəsinin yaradıcılarından biridir. Son 20 il ərzində "TeliaSonera" şirkəti mobil operatordan Avropanın beşinci ən böyük şirkətinə çevrilməyi bacarıb. Məhz "TeliaSonera" dünyada ilk dəfə olaraq 4G şəbəkəsini tətbiq edib. Onu da qeyd edək ki, "TeliaSonera" həm də Everest dağında 3G şəbəkəsini quran ilk şirkət olub. (trend.az)