İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Televiziyada türk dilinə yasaq etiraz doğurdu

10.01.2009 [14:17]

Fontu böyüt:      

Vüqar Bəyturan: “MTRŞ-nin qərarının peyk antennası biznesi ilə məşğul olanlardan başqa heç kimə faydası yoxdur”


  Vüqar Bəyturan: “MTRŞ-nin qərarının peyk antennası biznesi ilə məşğul olanlardan başqa heç kimə faydası yoxdur”
  
  QayNar: Son dövrlər Milli Teleradio Şurası qəbul etdiyi qərarlarla ölkə ictimaiyyətini təəcübləndirir. Xarici radiostansiyaların FM tezliyindən məhrum edilməsinin ardınca xarici dillərdə verilən verlişlərə, o cümlədən filmlərə yasaq qoyulması və bu yasağın türk dilinə də aid olunması ictimaiyyətdə ciddi narazılq doğurub. Bu sözlər MQP sədri Vüqar Bəyturanın adından yayılan bəyanatdan götürülüb.
Qaynar.info-ya daxil olan bəyanatda daha sonra deyilir:

  Sözügedən yasağın rus və digər xarici dillərə aid edilməsi normal qarşılana bilər, bu bəlkə də bir az da gecikmiş addımdır. Amma türk dünyasının inteqrasiyası istiqamətində Azərbaycan hakimiyyəti addımlar atdığı bir vaxtda türk dilinə düşmən münasibət göstərilməsi heç bir məntiqə sığmır.

  Qeyd olunan məsələyə münasibət bildirən MQP başqanı, 6 partiyanı birləşdirən Millətçi Birliyin sədri Vüqar Bəyturan MTRŞ-nın türk dilinə yasaq qoymasını milli maraqlara zərbə kimi qiymətləndirib və bu qərarın peyk antennası biznesi ilə məşğul olanlardan başqa heç kimə faydası olmadığını söyləyib.

  MQP başqanı türk dilinin Azərbaycan türkcəsi ilə ciddi şəkildə fərqlənmədiyini, türkdilli filmlərin geniş seyrçi kütləsini qazandığını, türkcədən Azərbaycan türkcəsinə tərcümənin məntiqsizliyini vurğulayaraq qərarın türk dilinə aid olunmamasını, MTRŞ-nin öz qərarına yenidən baxmasını istədiklərini bəyan edib.

  Vüqar Bəyturan 1995-ci ildə ölkə konstitusiyasında dəyişiklik etməklə türk dilini Azərbaycan dili ilə əvəzləyən iqtidarın indi də sovetlər dövründə olduğu kimi Türkiyə ilə Azərbaycan xalqının inteqrasiyasını əngəlləmək cəhdində bulunmasını kəskin şəkildə pisləyərək bu qərarın dəyişilməsi üçün mübarizələrini davam etdirəcəklərini bildirib.

  Açıqlamasının sonunda türk millətçilərinin lideri 19 yanvar tarixində MTRŞ-nın qarşısında “türk dilinə qoyulan yasaq qaldırılsın!” və “xarici radiostansiyaların FM-də tezlikləri bərpa edilsin!” tələblərilə etiraz aksiyası keçirəcəklərini və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklərini də əlavə edib.

 

xeberler.az/Ellada


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar