Fontu böyüt:
Araşdırmalara görə, Aprel-İyun ayları ərzində netbookların satışında böyük yüksəliş olub. Belə ki, netbooklar dünyadakı daşına bilər kompüterlərin beşdə birini təşkil edirlər.
DisplaySearch bazar araşdırma firması əldə etdiyi nəticələrə görə, hazırda netbookların bazar payı yüzdə 22,2 nisbətindədir. Lakin bu nisbət xüsusilə Avropada çox yüksəkdir. Araşdırmalara görə, 2009-cu ilin ikinci rübündə Avropada satılan bütün daşına bilər kompüterlərin yüzdə 33-ü netbookdur.
Avropada netbookların məşhur olmasının səbəbi isə şəbəkə operatorlarının bu sahəyə daha çox pul ayırmalarıdır.