Fontu böyüt:
ANS PRESS-in məlumatına görə, “C37HUN” ləqəbli haker fevralın 20-dən etibarən dağıtdığı saytların ana səhifələrinə Xocalı soyqırımı haqqında məlumat yerləşdirib. Məlumatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etdikləri, Xocalı soyqırımın Azərbaycanın üzləşdiyi ən böyük faciələrdən biri olduğu qeyd edilib. Məlumatda bildirilir ki, əsrin ən dəhşətli faciələrindən olan Xocalıda 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın və 70 nəfər yaşlı insan vəhşiçəsinə qətlə yetirilib.
Bundan əlavə, saytda Azərbaycanın dahi ifaçısı Müslüm Maqomayevin “Azərbaycan” mahnısı və “Hər şey məlumat deyil, bəzi şeylər qabiliyyətdir” yazısı yerləşdirilib.
Sındırılan saytlardan bəziləri bunlardır:
http://atlanticfootballleague.com
http://atlasphone.com
http://autoloanarrangers.net
http://bayvolleyball.com
http://denisoncabral.com
http://elmirabulldogs.com
http://empire-football-league.com
http://energydiscountplus.com
http://southernifl.com
http://wearespeech.com
http://websmartonline.com
http://yakimavalleywarriors.com
http://yourfinalfinish.com.