21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Noyabrın 2-4-də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Bakıda “Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İKT sahəsində gənclərin biliklərinin artırılması” (“Digital Age and New Generation: Strengthening Capabilities and Capacities of Youth in ICT”) mövzusunda beynəlxalq konfrans keçirəcək.
Konfransda İslam Konfransı Təşkilatı, Avropa ölkələrindən yüzə yaxın gənc ekspert, o cümlədən İKT sahəsində ixtisaslaşmış aparıcı şirkət, elmi institut və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı gözlənilir. Konfransın beynəlxalq tərəfdaşı “TurkTelekom” şirkətidir.
Konfransın beynəlxalq kampaniyaların həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının rolu ilə bağlı keçirilən plenar iclaslarının birində bu ilin fevral ayında DƏ-İKGF Mədəniyyətlərarası Dialoq üzrə Baş Kordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” kampaniyasının təqdimatı olacaq. Bu iclasda dünyanın 20-dən çox ölkəsindən gələcək kampaniya üzrə milli koordinatorların iştirakı gözlənilir. Bu konfrans gənc iş adamlarına kompyuter texnologiyaları sahəsində gələcəkdə birgə layihələrin həyata keçirilməsi üzrə tərəfdaş və investorların tapılması üçün imkanlar yaradacaq. İrəli sürülən layihələr 4 noyabrda keçirələcək beynəlxalq illik “Bakutell” sərgisində təqdim olunacaq.
Ekspertlərdən ibarət komisiya tərəfindən seçilən bəzi layihələr isə konfransın nəticələri kimi maliyyə dəstəyi alınması üçün investorlara təqdim olunacaq. Konfransda DƏ-İKGF və Azərbaycan Respublikası İnformasiya və Texnologiyaları Nazirliyinin Avropa və Yaxış Şərq ölkələri gəncləri arasında sivilizasiyaların dialoqu üzrə proqramını yayımlanmasını nəzərdə tutan “Körpü” internet-televiziyasının birgə təqdimatı keçiriləcək. Noyabrın 3-də tədbir iştirakçılarının qəbul edəcəyi “İKT sahəsində gəncliyin inkişafı” üzrə Baku Proqramı gənclərin tövsiyə xarakterli sənəd kimi Qara Dəniz Hövzəsi Ölkələri və İslam Konfransı Təşkilatı ölkələri nazirlərinin iştirak edəcəyi konfransa göndəriləcək.