İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan nümayəndə heyəti “Caspian Telecom” konfransında iştirak edib

27.04.2009 [13:43]

Fontu böyüt:      

Azərbaycan nümayəndə heyəti İstanbulda keçirilmiş “Caspian Telecom” - Türkiyə, Xəzər və Qara dəniz regionları, Mərkəzi Asiya üçün telekommunikasiya və informasiya texnologiyaları üzrə 8-ci regional sərgi-konfransında iştirak edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbərinin müavini İlham Mərdanov, “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Naxçıvan RİTN-in aparat rəhbəri Aqil Həsənov, eləcədə ölkənin özəl telekommunikasiya şirkətlərinin təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti cari ilin 21-22 aprel tarixində İstanbulda keçirilmiş “Caspian Telecom” - Türkiyə, Xəzər və Qara dəniz regionları, Mərkəzi Asiya üçün telekommunikasiya və informasiya texnologiyaları üzrə 8-ci regional sərgi-konfransında iştirak edib.

Konfransın rəsmi açılış mərasimindən sonra keçirilən ilk plenar iclasda Azərbaycan nümayəndə heyəti adından İ. Mərdanov “Azərbaycanda İKT-nin inkişaf perspektivləri” adlı məruzə ilə çıxış edib. Azərbaycanda İKT sektoruna göstərilən dövlət dəstəyindən danışan İ Mərdanov, bu sahədə görülmüş işlər, əldə olunmuş nailiyyətlər, eləcədə qarşıdakı illərdə ölkəmizdə İKT-nin sürətli yüksəlişinin davam etdirilməsi məqsədilə həyata keçiriləcək layihələr haqqında tədbir iştirakçılarına məlumat verib.

Konfransın 2-ci günündə “Aztelekom” İstehsalat Birliyinin baş direktoru          M. Məmmədovun “Azərbaycan regionlarının telefonlaşdırılması” mövzusunda məruzəsi dinlənilib.  

Qeyd edək ki, konfransa Türkiyə, Rusiya, Ukrayna, Rumıniya, Moldova, Qazaxıstan və Gürcüstan rabitə administrasiyasının rəsmiləri, həmçinin Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Çexiya, Polşa, İsrail, Latviya və digər ölkələrin aparıcı İKT şirkətlərinin nümayəndələri qatılıblar.
 


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar