İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakcell sosial yönümlü layihəyə start verdi

21.09.2009 [15:25]

Fontu böyüt:      

Bakcell “Uşaqların Xilası” təşkilatı ilə birgə həyata keçirəcəyi layihənin məqsədi məktəbli uşaqlar arasında tolerantlıq, məsuliyyətli davranış və müstəqil qərar qəbul etmə ideyalarını yaymaqdır.

Bakcell “Uşaqların Xilası” təşkilatı ilə əməkdaşlığa dair razılaşma imzalayıb. Bu təşkilat, dünyanın nüfüzlu xeyriyyə qurumlarından biri olmaqla yanaşı, dünyanın 130 ölkəsində uşaqların hüqüqlarının qorunması, onların özlərinin, ailələrinin və icmaların həyat tərzini yaxşılaşdırılmaqla məşğuldur. Razılığa əsasən, Bakcell “Uşaqların Xilası” təşkilatı ilə birgə həyata keçirəcəyi layihəyə start verir. Layihənin məqsədi məktəbli uşaqlar arasında tolerantlıq, məsuliyyətli davranış və müstəqil qərar qəbul etmə ideyalarını yaymaqdır. Bu təşəbbüs Azərbaycanın Təhsil Nazirliyi tərəfindən dəstəklənir.

İmzalanma mərasimində Bakcell-in Baş direktoru xanım İneke Botter bunları deyib:
“Bakcell-in Korporativ Sosial Məsuliyyət kampaniyasının konkret hədəfi var. Bu, qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərməkdir. Hər bir uşaq ulduzdur, amma bu gənc ulduzların daha da parıldaması üçün diqqətə və əlavə qayğıya ehtiyacı var. Bizim “Uşaqların Xilası” təşkilatı ilə əməkdaşlığımızın məqsədi uşaqlara istedadlarını inkişaf etdirməyə və öz potensiallarını reallaşdırmağa kömək etməkdir”. Xanım Botter onu da əlavə edib ki, Bakcell-in Korporativ Sosial Məsuliyyət proqramı təsadüfi sponsorluq etmir. Bakcell təhsil fəaliyyəti ilə bağlı ideyaları dəstəkləyir və onları həyata keçirir.

“Uşaqların Xilası” təşkilatının ölkə üzrə nümayəndəliyinin rəhbəri Cef Cakomini isə deyib:
“Biz şadıq ki, Bakcell-ə əməkdaşlıq edirik. Bakcell Azərbaycanda Korporativ Sosial Məsuliyyət proqramlarının tətbiq olunmasında və dəstəklənməsində iştirak edən aparıcı şirkətlərdən biridir. Bu da bütün biznes mühitinin inkişafına nümünə olacaq bir fəaliyyətdir”. O bildirib ki, tolerantlıq və müstəqil qərar qəbul etmə uşaqlar üçün doğrudan da vacıb amildir. Onlar istedadlarını inkişaf etdirmək və reallaşdırmaq üçün sağlam və mudafiə olunmalıdır.

Bakcell-ın xüsusi diqqətlə “Uşaqların Xilası” təşkilatı ilə birgə həyata keçirdiyi bu proqram çərçivəsində, məktəblərdə kukla verilişləri təşkil ediləcək, onların köməyi ilə uşaqlarda tolerantlıq və məsuliyyətli davranış keyfiyyətləri aşılanacaq. Həmçinin, uşaqlar müstəqil qərar qəbul etmək(sərbəst seçim) bacarıqlarını inkişaf etdirmək üçün öz ideyalarını tamaşa şəklində səhnələşdirə biləcəklər. Bu məqsədlə Bakcell tədbirlər həyata keçirəcək və orada uşaqlar tolerantlığa dair öz ideyalarını tamaşalar şəklində göstərə biləcəklər. Bakcell həmçinin, sistemli olaraq, müəllimlər üçün təlimlər təşkil edəcək, təlimlər zamanı müəllimlərə şagirdlərdə tolerantlıq və yaradıcı təfəkkür vərdişlərinin formalaşdırılması strategiyaları öyrədiləcək. Bu təşəbbüs, Azərbaycan höküməti, xüsusilə də Təhsil Nazirliyinin apardığı hazırkı islahatlara uyğundur.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar