21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi,Barcamp Caspian-a hazırlıq işləri gedir.Tədbirin keçirilmə vaxtı yaxınlaşdıqca Caspian-ı dəstəkləyənlər də durmadan artır.
BarCampın Azərbaycan təşkilatçılarından biri olan Rəşad Əliyev xeberler.az-a bildirib ki, 27-29 Mart tarixlərində Bakıda, Qafqaz Universitetində"Barcam Caspian 2009 adlı İnformasiya texnalogiyalarına aid qeyri-konfrans keçiriləcək. Tədbirdə yerli İT mütəxəsisləri ilə birgə bir çox xarici qonağın iştirakı da gözlənilir.
Tədbirin yeni dəstəkçilərindən biri dünyanın tanınmış markası olan "HP"nin Azərbaycan nümayəndəliyidir. Bundan başqa dünyada tanınmış internet səyyahı olan, Azərbaycanda da kifayət qədər istifadə edilən "Opera"nın məxsus olduğu Opera Software şirkətidir.
Bundan başqa tədbiri dünyanın və Azərbaycanın aparıcı saytları da dəstəkləyir və bu işdə təşkilatçılara yaxından köməklik göstərirlər.
Qeyd edək ki,BarKamp (BarCamp) İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransıdır.