İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində növbəti Treninqlər

28.10.2008 [19:00]

Fontu böyüt:      

Oktyabrın 27-də Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində Treninqlərin növbəti mərhələsi başlanıb.
Oktyabrın 27-də Multimedia Mərkəzi tərəfindən  həyata keçirilən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına  dəstək”Layihəsi çərçivəsində Treninqlərin növbəti mərhələsi başlanıb.Treninqlərdə   müxtəlif KİV-lərdə  çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edir.
Layihənin rəhbəri Osman Gündüz Layihə haqqında  və Layihə çərçivəsində keçiriləcək məşğələlərin mövzuları və Trenerlər haqqında  Jurnalistlərə məlumat  verib. Layihə çərçivəsində artıq 30  jurnalistin bu  cür  Treninqləri  başa  vurduğu  bildirilib. O,  Layihənin əsas məqsədinin jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya  Cəmiyyətinin  tələblərinə  cavab  verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini  müasir  tələblər  baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi verməkdən ibarət olduğunu  qeyd edib.
İlk məşğələmin mövzusu  “Elekron xidmətlər. Online ödəmə. Elektron sorğular. Elektron ticarət. Elektron formada  alqı-satqı əməliyyatlarının icrası. İnternet bankinq “  haqqında olub . Silverkey şirkətinin rəhbəri Fərid İsmayılzadənin mövzu ilə  bağlı təqdimatı olub. Treninq iştirakçılarını  maraqlandıran çoxsaylı suallar nəzərə alınmaqla  mövzu ətrafında praktiki nümunələr təqdim olunub.
Növbəti Treninqlərdə Jurnalistlərin İKT ilə  bağlı  bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək.
Layihə çərçivəsində İKT ilə bağlı Jurnalistlər üçün  metodiki vəsaitin hazırlanması və İnformasiya  Cəmiyyətində medianın rolu ilə  bağlı ictimai diskussiyaların təşkili də nəzərdə tutulub.
Layihə İREX Media təşkilatı tərəfindən dəstəklənib.
Geniş məlumat : www.cit.az

xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar