Fontu böyüt:
“Azərbaycan dili və virtual məkan” adlı kitab çapdan çıxıb. Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Tofiq Kazımovun müəllifi olduğu kitabda böyük inkişaf yolu keçmiş qədim dillərdən biri olan Azərbaycan dilinin virtual məkanda istifadə olunması problemləri, inkişafı məsələləri təhlil olunub və araşdırılıb.
Bundan əlavə kitabda Azərbaycan dilinin virtual məkanda mövcud problemləri və çətinliklərini tədqiq olunub və bu problemlərin aradan qaldırılması məqsədilə tövsiyələr təklif olunub.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyyə olunmuş kitabın elmi redaktoru t.e.n. Zərifə Cəbrayılovadır.