Fontu böyüt:
Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda İnternet vasitəsi ilə canlı yayımlanan veriliş fəaliyyətə başlayıb. "Məncə" adlanan veriliş hər cümə axşamı saat 16:00-da www.mediamerkez.az saytının ana səhifəsində yayımlanacaq. Verilişi həmçinin ACI-YF www.soros.az saytında izləmək mümkün olacaq.
Verilişin məqsədi, cəmiyyətin müxtəlif sahələrinin inkişafına təkan verəcək mövzular ətrafında maarifləndirici müzakirələr aparmaq və debatlar üçün platforma yaratmaqdır.
İlk verilişin qonağı, kommunikasiya və marketinq üzrə mütəxəssis Rəşad Bayramov idi. Rəşad tamaşaçılara Azərbaycanda işə düzələrkən və ya iş yerini dəyişmək istəyərkən müxtəlif sosial şəbəkələrdən səmərəli istifadə etmək haqda məlumat verdi.
"Məncə"-nin növbəti verilişini izləməklə yanaşı, həm də canlı olaraq qonaqlara suallar yaza, veriliş barədə şərh və təkliflər verə bilərsiniz.
Bundan əlavə, tamaşaçılar növbəti veriliş üçün qonaqlar və mövzular təklif edə və həmçinin verilişin qonağı ola bilərlər.
Hacıbəy Heydərli