İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azercell «Eurovision 2009»-da Ermənistana səs göndərənlərin siyahısını MTN-ə veribmi?

14.08.2009 [14:22]

Fontu böyüt:      

«Eurovision 2009» yarışmasını canlı yayımlayan İTV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov isə deyir ki, faktı dəqiqləşdirməmiş məsələyə münasibət bildirə bilməz:

“Məndən izahat alındı ki, niyə Ermənistana səs göndərmişəm. Dedilər ki, bunu dövlət təhlükəsizliyi üçün edirik. Mənə psixoloji təzyiq etmək istəyirdilər ki, sənin milliyyətin yoxdur, niyə Ermənistana səs verirsən? İzahat yazdırıb buraxdılar.” «Eurovision 2009» mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərənlərdən biri Rövşən Nəsirli “Azadliq” radiosuna belə deyib. Onun sözlərinə görə, avqustun 12-də Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırılıb və  Ermənistan iştirakçısına niyə səs göndərməsi ilə bağlı izahat istəyiblər. Rövşən Nəsirlinin dediyinə görə, onu sorğu-suala tutan MTN əməkdaşının əlindəki siyahıda ondan başqa daha bir neçə nəfərin də adı və telefon nömrəsi olub.

Rəsmi məlumata görə, «Eurovision 2009» mahnı müsabiqəsində iştirak edən erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib. Rövşən Nəsirli deyib ki, Azərbaycanı müğənni Araşın təmsil etməsinə etiraz olaraq Ermənistana səs göndərib. Həm də erməni müğənnilərin ifa etdikləri mahnını Azərbaycan üslubuna daha yaxın hesab edib, nəinki Araşın bəstəsini. Amma ağlına da gəlməyib ki, bu seçiminə görə MTN-ə çağırıla bilər.

Bəs görəsən yarışmada Ermənistana səs göndərənlərin siyahısını MTN-ə “Azercell”mi verib?

Şirkətin nümayəndəsi Ülviyyə Həsənzadə deyir ki, bu cür məlumatlar ictimaiyyətə açıqlanmır.

«Eurovision 2009» yarışmasını canlı yayımlayan İTV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov isə deyir ki, faktı dəqiqləşdirməmiş məsələyə münasibət bildirə bilməz:

- İndi şərh verməyim düzgün olmaz. Bir neçə günə məlumat dəqiqləşər sonra. Əvvəl əmin olmalıyıq ki, belə bir məsələ var. Komissiyada müzakirə olunandan sonra münasibət bildirilə bilər.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar